İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə
vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib,
onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi köməklik,
heyvandarlıq aktivlərilə təmin olunma, evinin təmir olunmasına köməklik,
suvarma suyu ilə təmin olunma, imtiyazlı şəxsin ev növbəsinə götürülməsi 
digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri
tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid
müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə
vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah
halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.
Tarix: 6-08-2024, 23:40
Xəbəri paylaş





Xəbər lenti