Rayon rəhbəri Birinci Qarabağ müharibəsi şəhidi Asif Bayramovun qardaşının yas mərasimində iştirak edib



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhəri, Nizami
küçəsində Birinci Qarabağ müharibəsi şəhidi Bayramov Asif Rəcəb oğlunun qardaşının yas
mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, şəhid Bayramov Asif Rəcəb oğlu 1956-cı il aprel ayının 16-da Tərtər
şəhərində anadan olmuşdur. Orta təhsilini şəhər 1 nömrəli orta məktəbində almışdır. Sonra
Bakı şəhərində 64 nömrəli Orta Texniki Peşə məktəbində oxumuşdur. 1975-1977-ci illərdə
keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ uğrunda
müharibə başlanan vaxt rayon Uşaq Xəstəxanasında texniki işçi İşləyirdi. Xocalı
soyqırımından sonra erməni faşistlərindən qisas almaq üçün könüllü olaraq Milli Orduya
yazılmışdır. 1992-ci il may ayının 11-də Ağdərə bölgəsinin Marquşovan kəndi uğrunda
gedən döyüşlərdə şəhid olmuşdur.
Evli idi. Adil adlı bir oğlu, Kəmalə  Lalə adlı iki qızı yadigar qalıb. Tərtər şəhər
qəbiristanlığında dəfn edilib.
Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət  qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 21-08-2024, 09:35
Xəbəri paylaş





Xəbər lenti