Naxçıvanda biznesmen namizəd Siyavuş Novruzovu çətinə salıb

Naxçıvanda biznesmen namizəd Siyavuş Novruzovu çətinə salıb

1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviğat mərhələsi davam edir. Bir sıra dairələrdə gözlənilməz şəxslərin uğurlu seçki kampaniyası gözlənilmədən həmin namizədləri önə çıxarıb. Belə dairələrdən biri də 2 saylı Şərur-Kəngərli Seçki Dairəsi xüsusi diqqət çəkir.
Bu dairənin fovoriti YAP-ın namizədi, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur. Lakin təbliğat-təşviqat dövründə Siyavuş Novruzovun rəqibi Naxçıvanda tanınmış iş adamı “NN Residence”nin təsisçisi Nurlan Vəliyevin apardığı uğurlu seçki kampaniyası 25 illik deputat Siyavuş Novruzovu çətin vəziyyətə salıb.
Yerlərdən gələn məlumatlar sübut edir ki, tanınmış iş adamının apardığı təbliğat nəticəsində YAP-ın əsas funksionerlərindən biri olan S.Novruzov dalana dirənib.
Saytımıza daxil olan məlumatda qeyd olunur ki, Naxçıvan şəhərinin rəhbərliyi 2 saylı Seçki Dairəsində yaranmış vəziyyətlə bağlı YAP rəhbərliyinə məruzə edib və S.Novruzovun şanslarının olduqca aşağı olduğu qeyd olunub. Bildirilir ki, vəziyyət belə davam edərsə, tanınmış işa adamın bu dairədən deputat seçiləcəyi daha real görünür. \\Demokrat.az 
Tarix: 21-08-2024, 15:53
Xəbəri paylaş





Xəbər lenti