Anar Məmmədov azad olunmuş kənddə seçki qaydalarını pozdu - FOTO
97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi üzrə YAP-ın deputatlığa namizədi Anar Məmmədov təbliğat kampaniyasında məktəb müəllimlərindən və seçki məntəqələrinin üzvlərindən istifadə edir.Tribunainfo.az-a verilən məlumata görə, görüşlərdə iştirak edənlər məcburi şəkildə gətirilən təhsil işçiləri və məntəqə üzvləridir. Bu faktın təsdiq olunması isə Seçki Məcəlləsində olan müddəaları pozmaq sayılır. Deputatlığa namizəd məntəqə üzvlərindən təvşiqatı üçün istifadə edə bilməz və yolverilməz haldır. Eyni zamanda, seçicilərlə görüş adı altında təhsil işçilərini məcburi şəkildə gətirtmək inzibati resurslardan istifadə sayılır.
Tarix: 22-08-2024, 21:59