Siyavuş Novruzovun namizədliyi etiraz doğurdu: “Vasif Talıbov və Ramiz Mehdiyevə güvənib…”



"Şərur və Kəngərli sakinləri Siyavuş Novruzovun bu ərazidən deputatlığa namizəd olmasından narazıdır. S.Novruzov deputat mandatı daşıdığı illər ərzində seçicilərin hər hansı ciddi probleminin həllinə dəstək göstərməyib. Siyavuş Novruzov Naxçıvana və rayona demək olar ki, yalnız rəsmi dövlət tədbirlərində iştirak üçün gəlib”. Bu barədə Editor.az-a 2 saylı Şərur-Kəngərli seçki dairəsinin seçiciləri bildirib. Seçicilər qeyd edirlər ki, S.Novruzovun uzunmüddətli deputatlıq dövrü formal fəaliyyətdən ibarət olub: “O bu illər ərzində yalnız biznesini genişləndirib, qohumlarını vəzifələrə yerləşdirib. Milli Məclisdə naxçıvanlıların bir problemini dilə gətirməyib. Problemlərlə bağlı ona ünvanlandığımız məktubları ayrı-ayrı qurumlara göndərməklə işini bitmiş hesab edib. Demək olar ki, heç bir ciddi problemin həllinə nail olmayıb. Dövlət tədbirlərindən başqa onu xeyirdə-şərdə xalqın yanında görməmişik. Bir sözlə, himayədarları Vasif Talıbov və karantin qaydalarını pozaraq nəvəsinin toyuna getdiyi Ramiz Mehdiyevə güvənərək, seçiciləri görməzdən gəlib. Mediada etdiyi çıxışlar mütəmadi tənqid və lağ obyektinə çevrilib. Biz belə bir şəxsin bizi təmsil etməsini istəmirik. Bizim dairədən çox layiqli namizədlər var. Biz onları dəstəkləyəcəyik".
 
Editor.az-a daxil olan məlumatda qeyd olunur ki, YAP Naxçıvan MR-nın rəhbərliyi 2 saylı Seçki Dairəsində yaranmış vəziyyətlə bağlı partiya rəhbərliyinə məruzə edib və S.Novruzovun şanslarının olduqca aşağı olduğu qeyd olunub.
Tarix: 27-08-2024, 09:18
Xəbəri paylaş





Xəbər lenti