Göyçay sakini Eldar Şıxaliyevdən şikayətçidir - İDDİA



Göyçay rayonu Ləkçıplaq kənd sakini Salehov Xəqani Yusif oğlu tərəfindən

MÜRACİƏT

Mən və ailə üzvülərim Şıxəliyev Eldar Muxtar oğlunun qanunsuz əməllərindən intihar həddindəyik. 22 mart 2021-ci il tarixdə mənim evimdən qədimi qiymətli mis qablar və digər əşyalar oğurlanıb.Bu cinayəti isə Göyçay rayonu Hacalıkənd kənd sakini Şıxəliyev Eldar Muxtar oğlu törədib. Ancaq onun barəsində heç bir tədbir görülmür. Eldar Şəxəliyev rayonun Qarabaqqal kənd ərazisindən təpələri qanunsuz uçuraraq Kərpic istehsal edən zavoda daşıyaraq qanunsuz yollarla pul qazanır. Həmin cinayət əməli insanların gözü qarşısında baş versədə tədbir görən yoxdyr. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu cinayətə bilərəkdən göz yumur. Hansı ki, hər gün 100-200 kamaz torpaqlar daşınaraq təbiətə küllü miqdarda ziyanlar vurulmaqla ekoloji cinayət törədilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevdən, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan və Ekologiya və Təbbi Sərvətlər Naziri cənab Muxtar Babayevdən xahiş edirəm ekoloji cinayət nəticəsində təbiətə, ekologiyaya küllü miqdarda ziyanlar vuran Şıxəıiyev Eldar Muxtar oğlunun qeyd etdiyim əməlləri dərhal araşdırlıb barəsində qanunu tədbirlər görülsün.
Redaksiyadan: Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!


Tarix: 27-08-2024, 09:44
Xəbəri paylaş





Xəbər lenti