4 kəndin yolları iflic vəziyyətdədir - İcra nümayəndəsindən AÇIQLAMA-FOTO

4 kəndin yolları iflic vəziyyətdədir - İcra nümayəndəsindən AÇIQLAMA-FOTO+VİDEO
Gədəbəyin Çaldaş, Çalburun, Plankənd və Səbətkeçməz kəndlərini bir-biri ilə birləşdirən yollar pis vəziyyətdədir. Bu haqda kənd sakinləri Moderator.az-a problemlə bağlı müraciət ediblər:
 
“Özümüzü tanıyandan yollarımız çox pis vəziyyətdədir. Bu il yağıntılı keçdiyindən çox əziyyət çəkdik. Nəzərə alsaq ki, burada qış sərt keçir və yağıntılar da çox olur. Avtomobillər rahat hərəkət edə bilmir. Kənd sakinləri məcburdur ki, işlərinin arxasınca getsinlər. Bu zülmdür. Nə qədər müraciət etmişik, xahiş etmişik ki, yollara baxsınlar amma bir çarə qıla bilmirlər. Tək ümidimiz Allahadır” deyə bildiriblər.
 
Moderator.az əməkdaşı Çaldaş kəndi İcra Nümayəndəsinin sədri Eldar Qocayevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında bildirib ki, dəfələrlə kənd ərazisindəki yollar şəxsi vəsaitləri hesabına düzəldilib.
 
“Bu dövlət proqramına düşən layihədir. Bunu yol istismar idarəsi daha yaxşı bilər. Bu il çox yağıntılı keçdi, bəndləri sel apardı. Təbii fəlakətər oldu. Biz hər il daxili imkanlar hesabına, imkanlı şəxslərlə köməkləşib yolları düzəldirik. Keçən il yolumuzu bələdiyyənin köməkliyi ilə düzətdik. Miskinli kəndindən Çaldaş kəndinin mərkəzinə qədər biz yolumuzu nisbətən yaxşılaşdırdıq. Yenə də nəzərimizdədir. Biz tərəflərə gündəlik yağış yağır, 1-2 gündür dayanıb. Yəqin ki, imkanlı şəxslər, özümüz birləşib bir şey edəcəyik. Gediş-gəliş dayanmayıb. Yollarımız mütəmaddi olaraq rayon rəhbərliyinin nəzarətindədir” deyə icra nümayəndəsinin sədri bildirib.







 
Tarix: 29-08-2024, 15:26
Xəbəri paylaş





Xəbər lenti