XXI əsrdə yaşasaq da bu gün rayonlarda, kəndlərdə, hətta şəhərətrafı kəndlərdə belə yolların vəziyyəti ürək açan deyil. Onlardan biri də Müsüslü Qaraməryəm-İsmayıllı Şəki- Laqodexi avtomobil yoludur. Kənd sakinlərinin Moderator.az-a müraciətindən sonra məsələ ilə bağlı araşdırma apardıq.
Mövzu ilə bağlı Nəqliyyat eksperti
Aslan Əsədov Moderator.az-a danışdı.
“İsmıyıllı-Qaraməryəm Müsüslü dövlət əhəmiyyətli yol, respublika əhəmiyyətli yollar sinifində ikinci kateqoriyaya aiddir. Bu yolun əhəmiyyəti ondan ibarətdir ki, respublikanın Mərkəzi Aran bölgəsinin şimal-şərq, şimal-qərb rayonlarını, o cümlədən Mərkəzi Aran bölgəsini dağlıq ərazilərlə birləşdirən ən qısa avtomobil yoludur. Yolun özəlliyi ondan ibarətdir ki, Bakı-Şamaxı-Muğanlı-Şəki-Laqodaxı yolunu , Bakı-Şamaxı-Yevlax yolu ilə o cümlədən, Balı-Ələt-Qazax Gürcüstan sərhədi avtomobil yollarını birləşdirən təxminən 42 km-lik də olan bir yoldur. Bu yolun 2013-cü ildə Qaraməryəm-İsmayıllı regionların iqtisadi inkişafı planına əsasən 2012-2013-cü illərdə o yol təmir olundu. Amma yerdə qalan 22 km-lik hissə yol isə təmirsiz vəziyyətdədir. Demək olar ki, təmirsiz yox, acınacaqlı vəziyyətdədir.
Çünki bu yolun təmir olunmamasının bir neçə səbəbləri var idi. Bu səbəblərdən biri də əsasən yol üzərində yerləşəcək yol ötürücü qurğuların və daha çox pul vəsaiti aparmasına, kapital həcmini aparmasına görədir. Əslində bu elə deyil. Kifayət qədər sınaqlar da keçirilə bilər və Fövqəladə Hallar Nazirliyinin , digər aidiyyəti qurumların birgə monitorinqi zamanında həmin ərazilərdə monitorinq aparılaraq , yol üzərində yerləşən körpülər və mühəndisi qurğular baxış keçirilə bilər. Mən ümid edirəm ki, o yolda ciddi bir nöqsanlar olmaz. Dövlət büdcəsindən ayrılmış müəyyən bir məbləğlə o yol təmir oluna bilər.
O yolun başqa özəlliklərini də vurğulayım.
Mərkəzi Aran və cənub-şərqi əhalinin təxminən milyona yaxınını təşkil edir və sadalayacağım ərazilər
Göyçay, Kürdəmir, İmişli, Şirvan, Ucar, Zərdab, Hacıqabul kimi bölgələri demək olar ki, respublikanın birbaşa daha çox turizm bölgəsi olaraq tanınan , elit bölgə hesab olunan, dövlət büdcəsinə külli miqdarda təminat verə bilən Qəbələ, Şəki, Oğuz turistik bölgəsinə çıxışını təmin edə bilər.
O ərazi üzrə yaşayan əhaliyə bu xeyli çətinlik yarada bilər. O ərazilərə gediş-gəlişi əngəlləyə bilər.
Digər ciddi bir məqam isə yol boyu yerləşən Göyçay rayonunun ucqar kəndlərini rayon mərkəzi ilə birləşdirən və əsas gediş-gəlişi təmin edə bilən kəndlərindən ibarətdir. 25 000 yerli nəfərdən ibarət əhaliyə xidmət edən yoldur. Təxminən 15-16 kəndin gündəlik istifadəsində olan bir yoldur. Bu yolun digər bir özəlliyi ondan ibarətdir ki, yol boyunca yerləşən kəndlərin birində ümumilli liderin ziyarəti gerçəkləşmişdir. Bu ziyarət Mərkəzi Komitənin 1-ci katibi olduğu zamanda baş vermişdir.
O kəndə bir rifah gəlmişdir. Elə ilk yolun təmiri də ümumilli liderin hakimiyyəti, birinci rəhbərliyi dövrünə təsadüf edir. O zaman həmin ərazilərdə səhiyyə ocaqları, təhsil ocaqları, bağçalar, mədəniyyət evi və digər sosial iaşə obyektləri fəaliyyətə başladı. Bununla da o ərazidə müəyyən dərəcədə insanların sosial rifahı düzəldi. O cümlədən bu insanların yaddaşında əziz xatirə olaraq qalmaqda davam edir”.
Tarix: 29-08-2024, 22:34