"Dedi ki, Kamran Bayramova səs verməsəniz, işdən çıxarılacaqsınız" - ŞƏHİD QOHUMU ETİRAZ EDİR

"Dedi ki, Kamran Bayramova səs verməsəniz, işdən çıxarılacaqsınız" - ŞƏHİD QOHUMU ETİRAZ EDİR
"Mən sizə iş verən və yol çəkən deyiləm"

Daşkəsən rayonu Bayan kənd sakini Paşayeva Xalidə Musa qızı tərəfindən Hürriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, seçki komissiyasının üzvü Novruzəliyev Meydanəli sakinləri Bayramov Kamrana səs verməyə məcbur edir:

“Mən, Paşayeva Xalidə Musa qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

4 övladım - 2 oğlum və 2 qızım var. Oğlanlarım heç yerdə işləmir. Gəlinim 3 əsgər anasıdır. Bağçada günə 6 manata qab yuyur.

Vaxtilə Daşkəsən rayon İcra Hakimiyyətinin 3-cü müavini, hazırda Mərkəzi Seçki Komissiyasının üzvü olan Meydanəli Novruzəliyev gəlinimi qəbuluna çağırıb ki, Bayramov Kamrana səs verin, əgər səs verməsəniz sizi işdən azad edəcəm.

Qeyd edim ki, özüm şəhid bacısı və şəhid bibisiyəm. Ailə başçımı itirmişəm. Özüm də pensiya, maaş almıram. Yaşımla əlaqədar iş vermirlər. Oğlanlarımın işsizliyi ilə bağlı müraciət etdikdə isə nəzərə alınmır. Amma ki, səs vermə üçün məcbur edilirəm. Acından ölməliyik? Oğurluq etməliyik?

5 ildir bizim deputatımızdır, biz onun üzünü görməmişik. Seçki qabağıdır deyə iclaslar təşkil edir və insanların halına yanacağını söyləyir. Kənd sakinləri olaraq müəyyən məbləğ toplayıb küçəyə yarı asfalt və su çəkdirmişik. Deputatdan da iş tələb edirik. Bizim şikayətlərimizə uyğun olaraq bildirir ki, “mənim vəzifəm sizə su çəkmək və işlə təmin etmək deyil”. Əgər deputat xalqı üçün çalışmırsa o deputat bizim nəyimizə lazımdır”?

Aynurə İSMAYIL
Tarix: 30-08-2024, 22:43
Xəbəri paylaş





Xəbər lenti