Rayon rəhbəri şəhid Məmmədov Talehin atası Arif Məmmədovu 65 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon
təşkilatının sədri Eldar Əsədovla birlikdə Hüsənli kəndində şəhid
Məmmədov Taleh Arif oğlunun atası Arif Məmmədovu 65 illik yubileyi
münasibəti ilə ziyarət edərək, onu təbrik edib, səmimi arzularını çatdırıb.
Şəhid ailəsinin qayğıları ilə maraqlanan rayon rəhbəri bütün şəhid
valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra
hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
Qeyd edək ki, şəhid Taleh Məmmədov 1999-cu il yanvarın 16-da rayonun
Hüsənli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən
müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda Tərtər-
Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, sentyabrın 30-da
düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı
qəlpə yarasından şəhid olub. Taleh ölümündən sonra Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən
uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur
döyüşçü” medalları ilə təltif olunub.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 11-11-2024, 08:22