Ermənistan kiminlə qalacaq?

Ermənistan kiminlə qalacaq? "Avropanı istəyirsiz? Buyurun. Amma istiliksiz və işıqsız"

"Avropa Birliyinin Metsamor atom elektrik stansiyasını bağlamaq tələbinə baxmayaraq o işləməyə davam edəcək". Bu barədə Ermənistanın Energetika və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin başçısı Vasaq Torpoşiyan bildirib.

Aydındır ki, bu bəyanatı o ölkə rəhbərliyinin tapşırığı ilə verib. “AES resursları bitənə qədər işləyəməyə davam edəcək”, deyə o bildirib.


Ermənistanın atom bombası əlindən alınır
AES-in bağlanması ilə bağlı söhbətlərlə yanaşı burada stansiyanın ikinci elektrik blokunun istismar müddətinin uzadılması ilə bağlı da işlər aparılır. Bu barədə erməni mətbuatı yazır. Bunun üçün Rusiya Ermənistana 220 milyon dollar kredit, 30 milyonluq isə qrant ayırıb. Nəticədə stansiyanın istismar müddəti 2027-ci ilə kimi artırılacaq.

Bəs onda stansiyanın bağlanmasını istəyən AB-nin tələbi necə olacaq? Yəqin ki, bu da növbəti siyasi oyundur. Xalqı seçim qarşısında qoyurlar – "Avropanı istəyirsiz? Buyurun. Amma istiliksiz və işıqsız. Amma Rusiya ilə isti və çox işıqlıdır". Nə baş verəcəyini isə İrəvan tezliklə biləcək.
Tarix: 17-10-2017, 09:50
Xəbəri paylaş





Xəbər lenti