Ermənilər Sarkisyana ETİRAZ EDİR: “Sən Əliyevin qarşısında...”

Ermənilər Sarkisyana ETİRAZ EDİR: “Sən Əliyevin qarşısında...” Prezidentlərin Cenevrə görüşü haqda müzakirələr davam edir.

Publika.az xəbər verir ki, Serj Sarkisyanın görüşdən çıxarkən “qalib” görüntüsü yaratmasının əksinə olaraq, Ermənistanda onun Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında məğlub olduğunu hesab edirlər.


“Lragir” saytı yazır ki, Cenevrədə Vyana çağırışı (atəşkəsə nəzarət mexanizmi - red.) səslənmədi: “Çoxları hesab edir ki, İrəvan ilkin şərt kimi irəli sürdüyü bu məsələdən imtina etdi. Bunun fonunda İlham Əliyevin görüş ərəfəsində “Ermənistan ilkin şərt olmadan danışıqların yenilənməsinə razılaşdı” açıqlaması da təsadüfi deyil. Bu baxımdan, Cenevrə görüşündə Azərbaycan ilkin şərt olmadan danışıqların başlanmasına nail oldu. Bu Bakının qələbəsi hesab edilir. Bəs Sarkisyan niyə heç bir qazanc görünməyən bu görüşə getdi?! Onu kim inandırdı? Mümkündür ki, Rusiya Sarkisyanı buna məcbur edib”.

Erməni siyasi şərhçi Naira Ayrumyan isə qeyd edir ki, Ermənistan danışıqlara ilkin şərtlə getməyərək, geri çəkildiyini nümayiş etdirdi.

Digər erməni şərhçi Akop Badalyan da hesab edir ki, Sarkisyan Cenevrədə Azərbaycanın üstünlük hüququnu tanıdı.

“Ümumiyyətlə, Serj Sarkisyan və onun partiyasının təbliğatçıları əvvəl dediyi sözlərdən geri çəkildi. Onlar etibar mühitinin yaradılmayacağı təqdirdə görüşə getməyəcəklərini deyirdilər, hərçənd, Cenevrədə bunun tam əksi oldu”, - deyə o bildirib.

Rusiyalı politoloq Pavel Klaçkovun Cenevrə görüşü haqda fikirləri də diqqət çəkir.

Onun sözlərinə görə, Serj Sarkisyanın görüşdən sonra İsveçrədəki erməni diasporunun qarşısında dediyi fikirlər daxili siyasətə köklənmişdi.

“Auditoriya da təsadüfi seçilməmişdi. Çünki diaspor hesab edir ki, İrəvan Azərbaycana güzəştə getməməlidir. Onları sakitləşdirmək üçün Sarkisyan bu sözləri dedi”, - deyə o bildirib.

P.Klaçkov hesab edir ki, yaxın gələcəkdə Qarabağda yeni toqquşmaların baş verməsi gözlənilir: “Çünki danışıqlarda konkret irəliləyiş yoxdur və bu atmosferdə münaqişənin eskalasiyası mümkündür”.

Asif
Tarix: 19-10-2017, 21:26
Xəbəri paylaş





Xəbər lenti