Bakı bu yolla Zəngəzur və İrəvanı da qaytara bilər - Politoloq

Bakı bu yolla Zəngəzur və İrəvanı da qaytara bilər - Politoloq ATƏT-in Minsk Qrupunun iki üzvü – Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsini həll etmədən regiona nəzarət etmək istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloq hesab edir ki, Ermənistanla güc dilində danışmaq lazımdır:

“Ermənilər işğal edilmiş əraziləri heç vaxt sülh yolu ilə geri qaytarmayacaqlar. İndiki şəraitdə görünən budur ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu hərb variantıdır. İş orasındadır ki, Rusiya, ABŞ və Fransa bununla razılaşmayacaq. Xüsusən də Rusiya və ABŞ bu variantda regiona təsir imkanlarını itirə bilər. Onların bir nömrəli məqsədi Dağlıq Qarabağ münaqişəsini həll etmədən regiona nəzarət etməkdir. Üstəlik, son zamanlar Rusiyanın Ermənistanı silahlandırması danışıqlar prosesinə ziddir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan problemin həlli istiqamətində bütün vasitələrdən istifadə edir və bundan sonra da etməyə hazırdır. Bu baxımdan da Azərbaycan Madrid prinsipləri üzrə danışıqları davam etdirməli, iqtisadi və hərbi gücünü artırmalıdır. Bu, gələcəkdə tarixi İrəvan və Zəngəzur bölgələrini geri qaytarmağa imkan yarada bilər”.
Tarix: 20-10-2017, 09:53
Xəbəri paylaş





Xəbər lenti