Marneulidə yeni icra başçısının kimliyi bilindi - İlkin nəticələr var
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayonların icra başçısı vəzifəsinə seçkilərin ilkin nəticələri məlum olub.Publika.az bildirir ki, Marneuli rayonunun 89 seçki məntəqəsinin 69-u üzrə səsvermənin nəticələrinə əsasən, hakim "Gürcü Arzusu" Partiyasının namizədi Temur Abazov 70,79 faiz səs əldə edib.
Səs çoxluğuna görə ikinci yeri 17,68 faizlə müxalif "Avropalı Gürcüstan" Partiyasının namizədi Əhməd İmamquliyev tutub.
Tarix: 22-10-2017, 14:09