Ərdoğan radio şirkətini Əliyevə görə cəzalandırdı

Ərdoğan radio şirkətini Əliyevə görə cəzalandırdı Türkiyənin RTÜK (Radio Televizyon Üst Kurulu) qurumunun İdarə heyətinin bu gün keçirilən iclasında “Show Radyo”nun "Matrax" adlı proqramında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva barəsində təhqiramiz ifadələrin yer aldığı yayım müzakirə olunub.

Virtualaz.org “Anadolu”ya istinadən xəbər verir ki, aparıcısının Zeki Kayahan Coşkun olduğu “Matrax” adlı proqram 16 yanvar 2018-ci il tarixində Bakı vaxtı ilə saat 23:00-dan 02:00-a qədər efirə gedib.



RTÜK bu yayıma görə radio kanalına ən yuxarı həddə maddi cəza verərək, yayım gəlirinin 5%-i həcmində cərimə ödəməsini qərara alıb. Bundan başqa, radionun verilişləri cəza olaraq 5 dəfə müəyyən fasilələrlə dayandırılacaq.

Qərarda göstərilir ki, bir il ərzində radio kanalı buna bənzər proqram yayımlayarsa, 10 gün müddətində yayımlanmasına qadağa qoyulacaq. Təkrar bu cür halın baş verəcəyi təqdirdə isə radio şirkətinə verilmiş lisenziya geri alınacaq.
Tarix: 25-01-2018, 23:27
Xəbəri paylaş





Xəbər lenti