“Çox ağır işdir, amma...” - Erməni nazir Avakovdan MÜHARİBƏ BƏYANATI

Ukraynanın daxili işlər naziri Arsen Avakov təhlükəsizlik qurumlarını Krım və Donbasın azad edilməsinə hazırlaşmağa çağırıb.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, erməni əsilli nazir belə bəyanatla Severodonetskə səfərinin gedişatında çıxış edib.

“İşğal edilmiş əraziləri azad etmək və müdafiə etmək çox ağır işdir. Amma biz bu işi Luqansk və Donetsk vilayətlərinin ərazilərini azad edərkən görmüşük. Artıq indi buna hazırlaşmaq lazımdır”, - o deyib.

Onun sözlərinə görə, Donbasın işğal edilmiş ərazilərində yaşayan əhalinin təxminən 70 faizi Ukraynanın idarəsi altına qayıtmaq istəyir.

Daha əvvəl ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib ki, Rusiya istəyəcəyi halda, Donbasda münaqişəni bir il ərzində dayandırmaq olar.

Ömər Dağlı
Tarix: 28-01-2018, 23:37
Xəbəri paylaş





Xəbər lenti