İrəvan Lavrovun Qarabağ təklifini dəstəkləmədi: - “20 il əvvəl aktual idi”

İrəvan Lavrovun Qarabağ təklifini dəstəkləmədi: - “20 il əvvəl aktual idi”
"Rusiya tərəfi bazanın dislokasiya edilməsi sazişinə edilən dəyişikliklərə uyğun olaraq Ermənistanın təhlükəsizliyini təmin edir"

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 2017-ci ilin yekunlarını şərh edərkən deyib.


“Aydındır ki, Rusiya yalnız ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, həm də vacib regional oyunçu kimi sabitliyin saxlanılmasında mühüm rol oynayır”, - deyə Nalbandyan vurğulayıb.

Rusiya XİN rəhbəri Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həlli barədə çıxışına toxunan Nalbandyan qeyd edib ki, mərhələli və ya paket variantı 20 il əvvəl aktual idi. Bu gün isə belə deyil.

"Həmsədrlər dəfələrlə bildiriblər ki, məsələ təkliflər paketi əsasında həll olunmalıdır və bir prinsipi seçmək cəhdləri nizamlanmanı mümkünsüz edir. Paket nizamlanma isə mərhələli həll yolunu nəzərdə tutur".
Tarix: 29-01-2018, 15:31
Xəbəri paylaş





Xəbər lenti