Ölkəni kütləvi intiharlar bürüyüb: Dəhşətli rəqəmlər, gerçəklər, dərd-bəlalar...

Ölkəni kütləvi intiharlar bürüyüb: Dəhşətli rəqəmlər, gerçəklər, dərd-bəlalar...
Bakıda daha bir intihar olub

FİA.Az xəbər verir ki, hadisə Zərdabi küçəsi 593-cü məhəllədə qeydə alınıb.

Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının sakini, 1987-ci il təvəllüdlü Nicat Rafael oğlu Vəliyev özünü 22-ci mərtəbədən atıb.

O, yerindəcə keçinib. N. Vəliyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Amma bu, yanvarda ilk intihar deyil. Yeni ilin ilk ayında kütləvi intihar müşahidə olundu.


Təkcə yanvarın 23 və 24-də 8 intihar olub. Ondan əvvəlki və sonrakı günlərdə də intiharlar səngiməyib.

İnsanların bir çoxu isə belə düşünür ki, yanvarın 1-dən böyük bir tendensiya baş verəcək. Onların həyatında böyük bir dönüş baş verəcək.

Onlar psixoloji olaraq buna özlərini inandırırlar. Ayın ilk günlərində heç bri şey dəyişmədikdə isə gərginlik yaşayırlar.

Başqa sözlə desək, məqsədə gedən yolda qarşılarına böyük əngəllər çıxır və bu əngəllər onlarda nefroz yaardır.

Bu nevroz isə özünü bəzi insanlarda daxili aqressiya ilə büruzə verir. Bu, özgüvənin sarsılması, özünənifrətlə müşahidə edilir və intihara yol açır.

Statistikaya nəzər salsaq görərik ki, yanvar ayında intiharların sayı daha çox olur. Bu, yeni illə bağlı yeni ümidlər və motivasiyalar ilə bağlıdır.

İnsanların bir qismi müəyyən çapa göstərəndən və nəticə əldə etməyəndən sonra düşünürlər ki, baş verənlərdə onların rolu, önəmi yoxdur, ilin, günün, ayın önəmi varr.

Onlar bu cür yanlış inanclarla özlərini kodlaşdırrılar. Belə kodlaşdırmanın nəticəsi isə göz önündədir.

Yanvar həm də depressiv ay hesab edilə bilər. Bu, soyuq aydır. İnsanlar özlərinə qapanır, çox da çölə çıxa, gəzə bilmirlər. İnsanların bir çoxu tətildə olur.

Hər kəs öz evinə yığışır. Dost-tanışla maraqlanmaq halları əvvəlkindən daha az olur. Bu da öz növbəsində intiharların artmasına təsir edir.

FİA.Az xəbər verir ki, bu intiharlardan dəhştəlisi Ağsuda qeydə alındı.

Yanvarın 24-də Ağsunun İlxıçı kəndində 36 yaşlı Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib.

Ölkəni silkələyən bu xəbər sosial şəbəkələrdə böyük etirazlara qarşılanıb. Çünki qadının intihar etməsinə səbəb nə ailədaxili şəxsi münaqişə olub, nə əri tərəfindən zorakılıq.

S.Kərimova məhz işıq pulu borcuna görə canına qəsd edib. Hadisə vaxtı evdə qadının azyaşlı qızı olub.

İlxıçı-Qaraqoyunlu kəndinin icra nümayəndəsi Azad İsgəndərov təsdiqləyib ki, Səbirənin intiharının səbəbi işıq puludur:

“Səbirə Kərimova ehtiyac səbəbindən özünü asıb. Kasıb bir ailədirlər, həyat yoldaşı Əfqan həmin vaxtı mal-heyvan otarmaqda olub. Bu ildən ailənin aldığı sosial yardım da kəsilib.

Qadın intihar etməmişdən bir az öncə anası ilə danışıb, həyatından bezdiyini deyib. Belə ki, bir neçə gün öncə işıq idarəsinin əməkdaşları 280 manat borca görə ailənin işığını kəsiblər.

Neçə gün idi ki, ailə işıqsız qalmışdı. Ailənin böyük uşağı Bakıda C.Naxçıvanski adına hərbi liseydə təhsil alır. Çox normal ailə kimi xarakterizə olunurlar”.

Bu dəhşətli faciənin baş verməsində bilavasitə rolu olan məmurlar məsuliyyətə cəlb olunmalıdır. Çünki ailə günlərlə işıqsız, zülmət içində yaşamasaydı, Səbirə itnihar etməzdi.

Bəs kəndin icra nümayəndəsi ailənin səfalət içində yaşadığını bildiyi halda niyə heç bir köməklik etməyib? Nə üçün Ağsunun icra başçısı Ənvər Seyidəliyev bu ailə ilə maraqlanmayıb?

Son vaxtlar ölkəmizdə intihar hadisələrinin sayı durmadan artır. Hər gün az qala 2-3 intihar xəbəri haqda mətbuatda məlumatlar yayılır.

Son statistika isə daha ağırdır. Ən pisi isə son vaxtlarda daha çox gənc anaların intiharı, ataların özünə qəsd etdiyinin şahidi oluruq.

Məsələn, bu günlərdə Tərtər rayonunda 30 yaşlı Nərgiz Quliyeva özünü asıb. Oğuzda da iki uşaq anası olan 27 yaşlı Qəribə Mikayılova da intihar edib.

Qaracallı kənd sakini, 30 yaşlı Qabil Nəbiyev də yaşadığı evin həyətində yerləşən yarımtikilidə özünü asaraq intihar edib. Qeyd edək ki, mərhum 3 uşaq atası olub.

İnsanın psixologiyasında bir dözmə həddi olur. Gəlin baxaq, istər yerli, istərsə də xaric serialların hamısı ailə münaqişələri, drama üzərində qurulur.

Bu da insanlarda gərginlik yaradır.
Tarix: 30-01-2018, 23:02
Xəbəri paylaş





Xəbər lenti