İcra başçısının gözü qarşısında "yaşıl soyqırım" - Binəqədidə ağacları kim məhv edir?


Binəqədi rayonu Azadlıq prospekti 188 ünvanındakı yaşayış binasının qarşısında olan ağaclar hansısa işbazlar tərəfindən kökündən çıxardılır və həmin yerdə ticarət obyektinin tikintisi planlaşdırılır.
Bina sakinlərinin şikayəti əsasında hadisə yerində olan Azinforum.az-ın əməkdaşları acınacaqlı mənzərənin şahidi olublar. Ən maraqlısı isə budur ki, məlum hadisə Binəqədi bələdiyyəsindən 15 metr, icra hakimiyyətinin binasından isə 300 metr aralıda baş verir. Sakinlərin sözlərinə görə, onların icra hakimiyyətinə bu özbaşınalıqla bağlı etdiyi şikayətlərə – “bizim xəbərimiz yoxdur”, kimi cavab veriblər.

Hadisə ilə bağlı Binəqədi rayon İcra Hakimiyətinin mövqeyini öyrənmək mümkün olmayıb.
Tarix: 31-01-2018, 23:54
Xəbəri paylaş





Xəbər lenti