Rusiyada ermənipərəst alim azərbaycanlıları təhqir etdi

Rusiyada ermənipərəst alim azərbaycanlıları təhqir etdi Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MQİMO) keçirilən elmi-praktiki seminarda Azərbaycana qarşı ermənipərəst alimə təhqiramiz fikirlər səsləndirmək imkanı verilib.

APA xəbər verir ki, MQİMO-da keçirilən “Qafqaz keçmişdə və indi (cəmiyyət və siyasət, iqtisadiyyat və mədəniyyət)” adlı seminarın 27-ci iclasında İnstitutun “Qafqaz problemləri və regional təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı, ermənipərəst Vadim Muxanovun “1918-ci ilin Şamxor faciəsi: tarix, gedişi və nəticələri” (Шамхорская трагедия 1918 г.: предьстория, ход и последствия) adlı məruzəsi dinlənilib.

Tədbirdə azərbaycanlı alimlərin iştirakına qadağa qoyulub. Təkidlərdən sonra azərbaycanlı tarixçilər tədbirə buraxılsa da, təşkilatçılar tədbirin media üçün nəzərdə tutulmadığını əsas gətirərək, azərbaycanlı jurnalistlərə bu imkanı yaratmayıblar.

V. Muxanov yazdığı kitaba dair məruzəsində Şəmkir hadisələri zamanı güya azərbaycanlıların I Dünya müharibəsindən qayıdan rus əsgərlərini vəhşicəsində qətlə yetirdiyini, Azərbaycan ərazisində onların başına qırğınlar gətirildiyini qeyd edib. Müəllifin fikrincə, həmin dövrdə azərbaycanlıların bu fəaliyyəti Qafqazda vətəndaş müharibəsinə səbəb olub. Bundan əlavə, ermənipərəst müəllif monoqrafiyasında Azərbaycan xalqını təhqir edib. O, azərbaycanlıları “müsəlman bandası”, “tatar şaykası” adlandırıb.
Tarix: 3-02-2018, 21:45
Xəbəri paylaş





Xəbər lenti