Тürk ordusu sərhəd xəttinin 3/2-nə nəzarəti ələ keçirdi

Тürk ordusu sərhəd xəttinin 3/2-nə nəzarəti ələ keçirdi
“Zeytun budağı” əməliyyatı çərçivəsində Qırıqxan-Hassa-Dəli Osman bölgəsindəki 65 kilometrlik sərhəd xəttinin 47 kilometrlik hissəsində Türkiyə Silahlı Qüvvələri və ASO-nun yaratdığı mövqelər birləşdirilib.

Axar.az xəbər verir ki, mövqelərin birləşdirilməsi TSQ-ya kəşfiyyat məlumatlarının daxil olması prosesini də sürətləndirib.

Təhlükəsizlik qüvvələri döyüş meydanında üstünlüyün artması ilə birlikdə kəşfiyyat məlumatları axınının da 20 yanvar tarixi ilə nisbətdə 16 dəfə artdığını bildirib. Əldə olunan məlumatların PUA-lar tərəfindən dəqiqləşdirildiyi və PKK-nın mülki vətəndaşlar vasitəsilə bölgəyə 3 min terrorçu gətirdiyi vurğulanıb.

Qeyd edək ki, Afrin şəhərində “Zeytun budağı” əməliyyatına TSQ və ASO 20 yanvar tarixində başlayıb.
Tarix: 9-02-2018, 15:21
Xəbəri paylaş





Xəbər lenti