Armen Sarkisyan Ermənistandakı böhranın Dağlıq Qarabağda vəziyyətə təsiri barədə


Ermənistan prezidenti Armen Sarkisyan ümid edir ki, ölkəsindəki mürəkkəb daxili siyasi şəraitin mövcudluğu dövründə Dağlıq Qarabağda vəziyyət daha da gərginləşməyəcək.

Bu barədə o, "Belarus 1" telekanalına müsahibəsində bildirib.

Ermənistan prezidenti etiraf edib ki, ölkədə daxili siyasi şərait mürəkkəbdir. Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın bir sıra mətbuat orqanları guya qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə yalan məlumatlar yayıblar.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi buna cavabında Ermənistanın kriminal rejiminin diqqəti kütləvi etirazlardan yayındırmaq üçün yalan məlumatlar yaydığını bəyan edib.


Tarix: 30-04-2018, 08:52
Xəbəri paylaş





Xəbər lenti