Deputat məlumatın yarımçıq yayılmasını sifariş adlandırıb: “Kim istəməz ki, ölkədə hamının əmək haqqı yüksəlsin? Sadəcə olaraq bizdə jurnalistikada da, siyasətdə də yaramaz ünsürlər var. Onlar ayrı-ayrı sifarişlərlə, bəziləri reketlik naminə, utanmadan, öz peşələrinə xəyanət edərək, informasiyanı birtərəfli çatdırdılar. Açıq deyək, cəmiyyətdə də siyasi mədəniyyət yüksək olmadığından, həm də biz emosional xalq olduğumuzdan yazılmış informasiyanın nə dərəcədə doğru olduğunu araşdırmadan, mənim çıxışımın tam mətni ilə tanış olmadan, başladılar ki, bəs, bu nədir, orta aylıq əmək haqqı 500 manatdır, Qüdrət Həsənquliyev deyir deputatın maşı 8 min manat olsun? Bəziləri hətta bütün ədəb-ərkanı unudaraq təhqirə keçdilər…”.
O qeyd edir ki, sifarişlər bəzi yüksək dairələrdən qaynaqlanır: “Hələlik bu barədə geniş danışmaq istəmirəm. Yəqin ki, zamanı gələndə həmin insanları necə lazımdırsa, ifşa edəcəyəm” – deyə Həsənquliyev “Yeni Müsavat”a müsahibəsində bildirib.
Qüdrət Həsənquliyevin “Xalq Cəbhəsi” qəzetində isə çıxışın tam mətni kimi təqdim edilən materialda Qüdrət Həsənquliyevin ölkədə ümumilikdə maaşın artırılması ilə bağlı danışdığı qeyd edilir.
Qüdrət Həsənquliyevin parlamentdəki çıxışından bir neçə dəqiqəlik kadr yayılıb ki, həmin kadrda da deputatın yalnız deputalara, nazirlərə və məmurlara yüksək maaş verilməsini təklif etdiyi məlum olur.
Bəs onun çıxışını yarımçıq yayan və bunun arxasında duran kimdir?
24saat.org-un araşdırmasında məlum olur ki, Qüdrət Həsənquliyevin bu cür çıxış etməsini videomaterialla birlikdə təqdim edən APA TV olub və deputaın məmurlara yüksək maaş təklif edən çıxışı da sosial şəbəkələrdə məhz o kadrdan isifadə edilərək yayılıb.
Qüdrət Həsənquliyevin açıqlamasından çıxışının özünün dediyi kimi təxribat kimi “sifarişlə” yarımçıq yayılması doğrudursa, o zaman bu sifarişi yerinə yetirən media quruluşlarından biri və ən ciddisi APA-dır.
Q.Həsənquliyevin APA ilə yaxın münasibətləri olduğunu nəzərə alsaq, ortaya daha bir ehtimal çıxır. Qüdrət Həsənquliyev mediada yayıldığı kimi, çıxışında yüksək maaş artımının hamıya deyil, sadəcə vəzifəlilərə aid olduğunu deyib, sonradan isə təklifinin böyük hiddətlə qarşılandığını görərək, məsələni “sifariş və təxribat” kimi qələmə verərək, medianın üstünə atmaqla özünü təmizə çıxarmağa çalışır.
Çünki Qüdrət Həsənquliyevin “tam mətn” dediyi çıxışı – maaş artımının bütün xalqa aid ediyi iddiası yalnız özünə aid medai orqanında axşam saalarında dərc edilib. Çıxışın videosu isə yalnız yarılmçıq formadadır. Halbuki Həsənquliyev APA ilə yaxın münasibətlərindən istifadə edərək, çıxışının tam videoyazısını bu mediaholdinqədn alaraq yaya bilər və bütün xalqa yüksək maaş təklif ediyini sübut edə bilərdi. Bundan başqa, parlamentdəki bütün çıxışlar Milli Məclisin xüsusi çəkiliş qrupu və texnikası vasitəsilə anbaan qeydə alınır. Q.Həsənquliyev istədiyi vaxt parlamentdən çıxışının tam videosunu əldə emək səlahiyyətinə malikdir. Bundan başqa, qəzetinin müxbiri onun parlamentdəki çıxışının stenoqramını dərc edibsə, deməli, diktofon yazısından isifadə edib. Q.Həsənquliyev həmin səs yazısını da yayaraq, təklifinin hansı formada olduğunu sübut edə bilərdi.
APA TV-də sözügedən süjetin montajı zamanı isifadə olunan kadrlardan biri də diqqət çəkir. Belə ki, Q.Həsənquliyevin çıxışının kəsilən hissəsinə montaj zamanı “perebivka” olaraq Milli Məclisin iclas salonundan ümumi kadr yerləşdirilib. İki dəfə ayrı-ayrı anlarda yayılan həmin kadrda isə sabiq deputat Çingiz Əsədullayev yer alır.
Yada salaq ki, 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı Çingiz Əsədullayevin namizədliyini verdiyi Ağdaşdan depuat seçildiyi elan edilsə də, bir müddət sonra həmin dairədə seçkinin nəticələrinin ləğv edildiyi bildirildi və təkrar seçkidə Ç.Əsədullayev işirak etmədi.
“AzəriQazBank”ın prezidenti olan Ç.Əsədullayev parlament seçkiləri ərəfəsində həbs edilən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın adamı hesab edilirdi. Onun dairəsində seçkinin nəticəsinin ləğv edilməsinin də məhz bu amillə bağlı olduğu ictmiaiyyətdə müzakirə mövzusu olmuşdu.
24saat.org APA TV-nin həmin sejetini təqdim edir: