Ulduz falı - 16 MAY

 Qoç – Bu gün intim yaxınlıq və sevgi üçün yaxşı, böyük alış- veriş üçün pis gün sayılır. Diqqətsizlik və tənbəllik uğurlarınıza kölgə sala bilər. Fantaziyalarınıza yer verin, peşman olmayacaqsınız. İstər- istəməz artıq xərcə düşəcəksiniz.
Buğa – Bu gün sevgidə uğur vəd edir. Görüşlər, mədəni tədbirlər, şənliklər gözlənilir. Arzularınız reallığa cavab verəcək. Çoxdan incik düşdüyünüz dostlarınız varsa onları qonaq dəvət edin. Özünüzü boş buraxmayın. Bu gün sizə iradə və ağıllı düşüncə lazımdır.
Əkizlər – Bu gün sizi maliyyə itkiləri gözləyir. Buna səbəb hədsiz özgüvən olacaqdır. Bu gün faizlə pul götürə və ya investisiya qoya bilərsiniz. Xoşagəlməz ciddi söhbət olacaq. Axşam saatlarında sevgi və əyləncə gözlənilir.
Xərçəng – Sakit gün olacaq. Düşünülməmiş vədlər verməyin, arzularınızın axınına düşməyin. Mədə problemi olanlar bu gün ədviyyatlı yeməklərlə ehtiyatlı olmalıdırlar. Sahibkarlıq və ticarətlə bağlı işlər yaxşı gedəcək.
Şir – Bu gün özünü yetişdirmək, dünyagörüşünü artrmaq üçün uğurlu gündür. Az tanıdığınız insanlara inanmayın. Tezliklə maliyyə problemlərinizi uğur əvəz edəcək, buna görə də kreditorlarla borcunuzu bağlayın. Ətrafdakılara kömək edin.
Qız – Bu gün bütün işlərdə uğur vəd edir. Həzmlə bağlı problemlər ola bilər. Vacib qərarlar qəbul etməyin. Valyuta almaq sərfəli olacaq.
Tərəzi – Bu gün böyüklərlə ünsiyyət yaxşı nəticə verməyəcək, sizi öz bildiklərinə məcbur edəcəklər. Siz uğurlu maliyyə siyasəti yürüdürsünüz. Vəsaitlərinizdən ağılla istifadə edin. Çoxdan görmədiyiniz tanışınızla görüş gözlənilir. İstəmədiyiniz xərcləriniz olacaq.
Əqrəb – Bu gün iradəniz nəticəsində bir çox problemləri həll edəcəksiniz. Sevdiyiniz adamla ünsiyyətdə israrçı olmayın. Bu gün sizin iradə və ağıla daha çox ehtiyacınız var.
Oxatan – Bu gün ciddi və cəsur layihələrin reallaşdırılması günüdür. Rasionunuzdan ət yeməklərini çıxarıb onu tərəvəzlə əvəzləyin. Sevgi münasibətlərində təhlükə gözlənilir. İkinizdən biriniz ayrılıq qərarı verəcəksiniz. Axşam saatları əyləncəli keçə bilər.
Oğlaq – İşgüzar görüşlər planlamayın. Peşənizlə bağlı məsələlərin həllinə diqqət yetirin. Böyüklərlə, dostlarla, qohumlarla ünsiyyət sevinc verəcək. Ticarət və sahibkarlıq üçün yaxşı gündür.
Dolça – Uğurlu gündür. Övladınızla bağlı narahatlıq keçirəcəksiniz. Əcnəbi dostlarla ünsiyyətə tələsin. Ətrafdakılara kömək edin və onlar sizə minnətdar qalacaq.
Balıqlar – Böyüklərlə mübahisələriniz ola bilər. Sizin soyuqluğunuz diqqətsizlik kimi yozulacaq. İclas və işgüzar görüşləri sabaha təxirə salın. Valyuta almaq sərfəlidir./Bizimyol
Tarix: 15-05-2018, 23:50
Xəbəri paylaş





Xəbər lenti