Paşinyanın ziddiyyətli Qarabağ siyasəti: Naziri danışığa göndərir, özü isə...

Paşinyanın ziddiyyətli Qarabağ siyasəti: Naziri danışığa göndərir, özü isə...

Paşinyanın ziddiyyətli Qarabağ siyasəti: Naziri danışığa göndərir, özü isə...

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deputatların suallarını da cavablandırıb. 

“Paşinyana birinci sual Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsi ilə bağlı olub. Paşinyan deyib ki, bu məsələ hər zaman onun gündəmindədir və elə bir görüş yoxdur ki, o, Dağlıq Qarabağ “təmsilçilərinin” danışıqlarda iştirakı məsələsini qaldırmasın. Sadəcə, onu deməyib ki, bu məsələdə nəticə əldə etməyib. İkinci sual: “Son günlər təmas xəttində iki hərbçimizi itirmişik, müharibə başlaya bilərmi?” Paşinyan itkilərə toxunmadan deyib ki, sülh istəsələr də, müharibəyə hazır olmalıdırlar. Paşinyan belə bir ifadə işlədib: “Müharibə bitməyib”.

Digər tərəfdən, N.Paşinyan xarici işlər naziri Zöhrab Mnatsakanyanı Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla danışıqlar aparmaq üçün Vaşinqtona göndərib. Yəni bir tərəfdən müharibə anonsları verən Ermənistan hökumətinin başçısı, eyni zamanda nəticəsiz sülh danışıqları aparır. Ekspertlər isə hesab edir ki, rəsmi İrəvanın siyasətindəki bu siyasi paradoks, əslində, sülh prosesinin iflic edilməsinə yönəlib. 

Politoloq Tofiq Abbasovun sözlərinə görə, Paşinyanın son bəyanatı və Vaşinqton danışıqlarının nəticəsiz başa çatması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir: 

“Sülh istəyən tərəf heç vaxt belə cəfəng, təzadlı bəyanatlar səsləndirmir. İkincisi, sülh istəyən tərəf bu niyyətini bu cür sərt ritorika ilə deyil, konkret işlərlə təsdiq edir. Üçüncüsü, biz Ermənisstan siyasətçilərinin oyunbazlıqla, lazımsız hərkətlərlə, fikri yayındırmaq cəhdlərinin şahidi oluruq. Ümumiyyətlə, Ermənistanın sülhə nə hazırlığı var, nə də istəyi. Bu vəziyyəti qulaqardına vuran dövlətlər sırasında vasitəçi dövlətlərin olması isə daha dəhşətlidir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 2-də ABŞ-da keçirilən görüşündə heç bir irəliləyişin olmayacağı əvvəlcədən məlum idi. Çünki Ermənistan bütün səviyyələrdə destruktiv mövqelərdən çıxış edir. Ermənistanın sözü və əməli üst-üstə düşmür. Son günlər Ermənistanın “Madrid prinsipləri”ndən imtina etmək cəhdləri işğalçı tərəfin sülh planının olmadığını təsdiq edir. Çünki “Madrid prinsipləri” ilk növbədə, Ermənistan silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasını nəzərdə tutur. Bu əsas tələbdir və yerinə yetirilmədən heç bir uğura nail olmaq mümkün deyil. Ona görə də Ermənistan bir tərəfdən, sülhə yeni təhdidlər törədir, digər tərəfdən Qarabağ ermənilərinə maddi yardım edilir. Bu isə həmsədr dövlətlərdən birinin işğalçı tərəfə dəstək verdiyini göstərir. Belə olan təqdirdə, Ermənistanın bu kursu sülh prosesini çökdürməyə doğru sürükləyir. Ermənilər həmişə müharibəyə başlayanda xarici qüvvələrə əsaslanırlar. Onların təfəkkürü separatçılıqla sıx bağlıdır. Birinci Dünya Müharibəsi zamanı ermənilər “Antanta”nın dəstəyi sayəsində Azərbaycan torpaqlarının hesabına özlərinə dövlət qurdular. Sonrakı mərhələdə Dağlıq Qarabağ hesabına bu əraziləri genişləndirmək istəyirlər. İndi də onlara kömək edən mərkəzlər var”. /Cebhe.info/


Tarix: 21-06-2019, 14:27
Xəbəri paylaş





Xəbər lenti