“Müharibə” sözü belə bazarda bahalıq yaratdı: “Özü isə olmayacaq”


“Müharibə” sözü belə bazarda bahalıq yaratdı: “Özü isə olmayacaq”

Kriptovalyuta vahidləri bazarının ən böyük üzvü Bitcoin-in qiyməti, ABŞ Mərkəzi Bankının faiz qərarı və geosiyasi gərginliklərin təsiri ilə 9696 dollara qalxıb. 

Bu gün Bitcoin 4,5% bahalaşıb. ABŞ Mərkəzi Bankının (Fed) faizi sabit saxlanmasının ardından iyulda faiz endiriminə gedə biləcəyi gözlənilir. ABŞ-ın İrana yönəlmiş təhdidləri geosiyasi gərginlikləri artırıb. ABŞ-ın İranın hava sahəsindəki bir dronu vurmasının ardından iki ölkə arasında ABŞ-ın sanksiyalarına görə mövcud gərginliklər yüksəlib. ABŞ Prezidenti Donald Trampın İrana hücum əmri verdiyi, sonra əmri geri götürdüyü iddia edilib. Sözügedən proseslərin ardından kriptovalyuta birjası "Gemi"nin banislərindən Tyler Winklevoss Bitcoin-in yenidən 10 min dollara yüksələcəyi proqnozunu verib. 

Bitcoin-in bahalaşmanə sı ilə bağlıdır?  İranla müharibə riski bu bahalaşmada nə dərəcədə rol oynayır? 

Bu barədə Cebhe.info-ya danışan ekspert Razi Abbasbəyli deyib ki, kriptovalyutaların bahalaşması tendensiyası dünyada informasiya texnologiyaları üzrə investisiyaların təşviqində mühüm rol oynayır. İndi dünyada baş verən savaşlar kiber və psixoloji savaşlardır:

“Məsələn, dünən Trampın İranı bombalamaq əmri verib, sonra da bu əmri geri çəkməsi birjalarda çox ciddi canlanmaya səbəb oldu. Eyni zamanda neftin və qızılın da bahalaşması baş verdi”. 

Ekspertin sözlərinə görə, internet üzərindən aparılan savaşlar nəticə etibarıyla kriptovalyutaların bahalaşmasına səbəb olur: “Bu da bahalaşmaya gətirib çıxarır. Onun dediyinə görə, bu savaşların nə zamana qədər davam edib, real sektora nə qədər təsir edəcəyi bilinmir”. 

Razi Abbasbəyli “Əslində İran ABŞ üçün elə böyük bir qüvvə deyil. Sadəcə, İranda baş verən proseslər region üçün təhdiddir. Tramp birja üzərindən Amerika siyasətini yönəldir və birjadan gəlirlər əldə edir”,- deyib. 

Ekspert qeyd edib ki, ABŞ heç zaman İrana hücum etməyəcək: “Çünki regionda nüfuz sahibi böyük dövlətlər- Türkiyə, Rusiya var”. 

R.Abbasbəyli ABŞ-ın bu addımlarını psixoloji və sosial-siyasi basqılardan istifadə edərək birjalarda qiymətləri qəfil endirib-qaldırmaqla bu vəziyyətdən yararlanmaq kimi qiymətləndirib:

“Bu baxımdan da hesab edirəm ki, ABŞ heç zaman, ən azı yaxın gələcəkdə İrana hücum etməyəcək”.

Tarix: 21-06-2019, 17:07
Xəbəri paylaş





Xəbər lenti