“Hizbullah” qisas vəd etdi: “ABŞ bunun bədəlini ödəyəcək”


“Hizbullah” qisas vəd etdi: “ABŞ bunun bədəlini ödəyəcək”

Livandakı şiə “Hizbullah” təşkilatının baş katibi Həsən Nəsrullah İran generalının öldürülməsi haqqında danışıb.  

Cebhe.info xəbər verir ki, o,  ABŞ-ı qisasla hədələyib: 

“ABŞ qoşunları bunun bədəlini ödəyəcək. Süleymaninin ayaqqabıları Trampın başı ilə eyni dəyərdədir. ABŞ əyilmiş boynu ilə bölgədən çıxacaq. Hətta ABŞ-ın bölgədən çıxması Qüdsün azad edilməsinə rəvac verəcək ki, bu hadisə həmişəkindən daha yaxın zamanda baş verəcək. Bunun üçün isə döyüşməyə ehtiyac yoxdur. Bu tək İranın işi deyil. Hamımız bölgədə ədalətli qisas yolunu seçməliyik "-deyə, Nəsrullah əlavə edib. 

Tarix: 6-01-2020, 14:14
Xəbəri paylaş





Xəbər lenti