Azərbaycanda koronavirus xəstələri hansı dərmanlarla müalicə olunur? – Baş infeksionist adları açıqladı

 
“Hazırda koronavirusa yoluxan xəstələrin müalicəsində istifadə olunmalı olan dərman preparatları ilə bağlı bir neçə ölkənin müxtəlif təklifləri var”.
Bu barədə Cebhe.info-ya açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib:
“Təklif olunan preparatlar müalicədə müsbət təsir göstərir. Onların əksəriyyəti malyariya əleyhinə olan preparatlardır. Ola bilsn ki, bunlar koronavirusa tutulan bir neçə xəstəyə müsbət təsir göstərib. Amma onlar hələlik sınaqdan keçməyib və hələ onların təsirləri ilə bağlı fikir söyləmək tezdir”.
Cəlal İsayev bildirib ki, hazırda Azərbaycanda Çin tərəfindən təklif olunan “Ritonavir” preparatı istifadə olunur ki, bu, QİÇS zamanı istifadə olunan preparatdır. Bundan başqa, Rusiya tərəfindən təklif olunan “Dexofen” də, “Xinin” də, malyariya əleyhinə işlənən “Delogir” də verilir: "Təcrübələrə söykənib, bunları veririk. Görək təsirləri necə olacaq. Hələlik bu preparatların təsirləri sual altındadır. Əsas müalicə isə dəstəkləyici müalicədir”.
Tarix: 30-03-2020, 20:18
Xəbəri paylaş





Xəbər lenti