Şirvanda nə baş verir! İlqar Abbasovun ETİBARı SABİTliyi pozdu

          
Şirvanda nə baş verir!
16 ildən çoxdur ki, icra başçısı işləyən İlqar Abbasov ölkə rəhbərliyinin etimadını hələdə doğrulda bilməyib.

Deyə bilərik ki, işlədiyi rayonları ən geridə qalmışlar sırasına sala bilən yeganə icra başçısı İlqar Abbasovdur. Onun əməyi sayəsində rəhbəri olduğu rayon gözdən uzaq salındığı kimi, könüldən də uzaq olur. Məhz bu uzaqlığın nəticəsidir ki, Şirvanda acınacaqlı vəziyyət hökm sürür.

Abbasovun özəl siyasətinin nəticəsidir ki. yerli idarə və müəssisə rəhbərlərinin vətəndaşlarla qeyri-mülayim davranışını da bura əlavə etsək, ortalığa çox dəhşətli mənzərə çıxır. Sözsüz ki, rayonda məmur özbaşınalığının baş alıb getməsi və bərbad hala düşməsində əsas səbəbkar kimi icra başçısı İlqar Abbasov göstərilir. Şirvanda real vəziyyət və icra başçısının fəaliyyəti ilə bağlı "İxa.az" olaraq media üzərindən qısa araşdırma apardıq. Məlum oldu ki, məhz İ.Abbasovun yarıtmaz fəaliyyətinin nəticəsi, həm rayonun simasının zədələnməsinə səbəb olur, həm də sakinlər əlavə problemlərlə üzləşmək məcburiyyətində qalır.

Kimdir İlqar Abbasov?

Şirvan İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun haqqında «vikipediya» səhifəsində elə də zəngin məlumat yoxdur. Onun neçənci ildə və harada anadan olması göstərilməyib. Həmin səhifədə qeyd olunub ki, İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitirib. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2004-2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası prezidentinin 21 dekabr 2005- 2019 - cu illlərdə Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə çalışıb. Və, Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Şirvan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib. Onun bu posta təyin olunmasının üstündən isə nə az, nə çox, düz 16 il keçir.

Bir insanın ömrünü vəzifədə keçirən bir şəxsin hələdə idarəçiliyi öyənə bilməməsi sadəcə faciədir.Bununla yanaşı prezidentin etimadın doğrultmaq əvəzinə Sabiq səhiyyə naziri Əli İnsanovun keçmiş silahdaşlarından sayılan Vəkil Abbasovla işbirliyi quraraq, işlədiyi yerlərdə ölkə başçısını gözdənsalma siyasəti aparması da heç kimə sirr deyil. Bu barədə növbəti yazılarda geniş söhbət açmağa çalışacağıq:
– İcra başçısı Suraxanıda məscidin yerləşdiyi ərazini kimə və neçəyə halallaşıb?

– İlqar Abbasovu Akif Çovdarov və Eldar Mahmudovla hansı məqamda neçə görüşüb. Və hələdə sirr saxlananlar nədir?

– Vatı ilə Suraxanıda Dövlət Neft Şirkətinin balansında olan torpaq sahələrini İlqar Abbasov, SOCAR- da vəzifə sahibi olan qardaşının əli ilə kütləvi satışını necə həyata keçirilib?

– Sabiq səhiyyə naziri Əli İnsanovun keçmiş silahdaşlarından sayılan Vəkil Abbasovla, İlqar Abbasovu birləşdirən məqsəd?

– İcra başçısı Əli İnsanovun partiyasına və yaxın ətrafına hansı dəstəyi verir?

Onuda qeyd edək ki, əldə edilən son məlumata görə İlqar Abbasov hörmətli müavini Sabit Abıyevi otağına çağıraraq, guya xəstəliyi ilə bağlı işdən çıxması üçün ərizə yazmasını tələb edib. S.Abıyev çox şeylər təklif etsədə İ. Abbasov onu dinləmək istəməyib.Hadisənin iki həftə öncə baş verdiyi bildirilir. Deyilənlərə görə, Sabit Abıyev həmin gündən yorğan - döşəyə düşərək ağır vəziyyətdə həkim nəzarətində saxlanılır.

Oda deyilir ki, ərizəsi alınmış, ağır xəstə düşən müavinin yerinə, cənab Abbasov yenisini tapıb. Həmin şəxs Etibar Yolçuyevdir.


Deyilənlərə görə, o illərlə insanların aö gününü qara edib. Suraxanıda 16 köçkün ailəsinə gün verib. işıq verməyib. Vaxtı ilə Suraxanıda bütün torpaq ərazilərinə plakatlar vurdurub ki, özünə və İlqar Abbasova yaxşı qazanc əldə edə bilsin. Etibar Yolçuyev, İlqar Abbasovun yanında yeganə yer alıb ona milyonlar qazandıran adam hesab edilir.



Yolçuyev vaxtı ilə özünə “Etibar” şirkət açaraq, plakatlar hazırlatdırıb, üzərinə də “etibarlı əllər” yazdıraraq ev və torpaq satışı ilə məşğul olan məmur kimi tanınır. O İlqar Abbasovun yanında həm iş adamı, həmdə kassa olaraq çalışıb. Bu səbəbdən də Abbasov Şirvanı talamaq üçün yeni müavin Yolçuyev kartından istifadə edəcəyinə görə işini ETİBARlı tutur.

ardı var
ixa.az
Tarix: 1-04-2020, 09:33
Xəbəri paylaş





Xəbər lenti