Hərəkət məhdudiyyəti jurnalistlərə şamil edilməyəcək


Hərəkət məhdudiyyəti jurnalistlərə şamil edilməyəcək

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Bildirilib ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinə dair qərarı 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək qüvvədə olacaq.

Cebhe.info xəbər verir ki, qərara əsasən, bəzi şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə icazə verilir. Bu siyahıda kütləvi informasiya vasitələrinin əməkdaşları da var.

Tarix: 2-04-2020, 21:31
Xəbəri paylaş





Xəbər lenti