Koronavirus buna görə daha çox öldürür- ARAŞDIRMA


Koronavirus buna görə daha çox öldürür- ARAŞDIRMA

Siqaret koronavirusa yoluxma halında ölüm riskini artıran faktordur.

Cebhe.info xəbər verir ki, bu barədə MedicalXpress-in saytında məlumat yer alıb.

Araşdırmanı ABŞ-ın Mayo Tibbi Təhsil və Elmi Tədqiqatlar Mərkəzinin mütəxəssisləri aparıb. Onların gəldiyi nəticəyə görə, bu zərərli vərdişdən imtina orqanizmin müqavimət gücünü artırmaqla yanaşı, yoluxma halında sağalmanı sürətləndirir. Mütəxəssislər bildiriblər ki, siqareti tərgitmək virusa yoluxmaq riskini azaldır. Çünki nikotin bədənin virusa müqavimət gücünü kifayət qədər azaldır.

Çinin aradırmasına görə, COVİD-19-a yoluxan insanlar arasında ölüm faizi ümumi yoluxanların 2 faizi olub. Ancaq siqaret çəkənlər arasında bu rəqəm 6 faizə qədər yüksəlib.
Mütəxəssislərin ümumi qənaətinə görə, siqaret orqanizmin müqavimət gücünü azaldan yeganə faktor deyil. Bura ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, diabet də tətikləyici faktorlar daxildir

Tarix: 3-04-2020, 20:56
Xəbəri paylaş





Xəbər lenti