Artur Vanesyan Laçına gəldi – Erməni uşaqlara distant "vətənpərvərlik" dərsi keçdi...-VİDEO


“Bizim qələbələrimiz Laçının azad olunmasından başlayır...”




Ermənistanın keçmiş təhlükəsizlik katibi Artur Vanesyanın rəhbərlik etdiyi “Vətənin inkişafı” fondu “Artsax Vətəndir” strateji proqramı çərçivəsində Azərbaycanın işğal altındakı torpaqlarında ilk layihə həyata keçirib.
Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumatda belə deyilir.

Xəbərin mahiyyətinin daha aydın(!) olması üçün onun erməni dilindən tərcüməsini olduğu kimi veririk: 

“Artsax Respublikasının Kaşataq rayonu(Laçın, Qubadlı, Zəngilan rayonlarımızın ərazisi-S.L.) Ermənistan Respublikası və Artsax Respublikasının təhlükəsizliyi üçün həyati və strateji istiqamətlərdən biridir. Artsaxda yeni koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər səbəbindən uşaqlar distant təhsil almağa başlayıblar. Lakin Kaşataq bölgəsindəki bir sıra icmalarda uşaqlara distant təhsil almaq imkanı yaradılmayıb.

Müəllimlərin və tələbələrin xahişinə cavab olaraq “Vətən” İnkişaf Fondu Berdzor(Laçın rayon mərkəzi-S.L.) və qonşu icmaların məktəblilərinə uşaqlara distant təhsil kontekstində fasiləsiz təhsil verilməsini təmin edən internet çıxışı olan smartfon və noutbuklar təqdim edib.


Yeni telefonlar və kompüterlərlə ilk distant dərs vətənpərvərlik mövzusunda olub. Bunu Vətən İnkişaf Fondunun Qəyyumlar Şurasının sədri, general-mayor Artur Vanesyan keçirib.  O, şagirdləri salamlayıb, onlarla isti və birbaşa  və mehriban atmosferdə danışıb və  bir çox suallarını cavablandırıb.

“Artsaxdakı qələbələrimiz Laçının azad olunması ilə başladı. İndi yaşadığınız ərazi Ermənistan və Artsaxın təhlükəsizliyi üçün həyati və strateji əhəmiyyət daşıyır. Bu, sizinlə birlikdə dəstəkləməli olduğumuz iki dövlətin təhlükəsizliyinin əsasını təşkil edir"-deyə general-mayor Artur Vanesyan bildirib. 

P.S....

Sultan Laçın



Tarix: 4-04-2020, 14:45
Xəbəri paylaş





Xəbər lenti