Aprelin 20-də karantin ləğv ediləcək?- “Əksinə, daha da sərtləşdirilər, əgər” - İBRAHİM MƏMMƏDOV


Aprelin 20-də karantin ləğv ediləcək?- “Əksinə, daha da sərtləşdirilər, əgər” - İBRAHİM MƏMMƏDOV

“Əgər karantin rejimi tədbirlərinə əməl olunmasa, vəziyyət pisləşə bilər. Saxta icazələrlə, jurnalist vəsiqələri ilə küçələrdə dolaşanlar var. Gözlənilən odur ki, vəziyyət belə davam edərsə, aprelin 20-də nəinki karantin rejimi ləğv olunar, hətta daha da sərtləşdirilə bilər”.

Cebhe.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat katibi İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, indiki halda karantinin ləğv edilməsindən danışmaq çox tezdir: “Bir valideyn telefonu övladına verib və o, 90 SMS yazıb. Bu isə sistemin yüklənməsinə səbəb olur. Jurnalist vəsiqəsi satan 2 nəfər saxlanılıb. Onlar məsuliyyətə cəlb olunub. Bu davranış qalarsa, müddət uzanacaq, məhdudiyyət daha da sərtləşdirilə bilər. Bu isə sosial, siyasi, iqtisadi baxımdan nə deməkdir, bu, artıq başqa məsələdir”.


Tarix: 8-04-2020, 21:10
Xəbəri paylaş





Xəbər lenti