Koronavirusdan qorunmaq və ölüm mələyinin “limiti” aşması


Koronavirusdan qorunmaq və ölüm mələyinin “limiti” aşması

Özümüzü qorumaq lazım olduğunu qəbul edirik, amma banka giriş üçün maskanın şərt olması harada yazılıb?

 

Koronavirus. Bu sözü eşidən kimin insanın canına vəlvələ düşür. Bəşəriyyət dəhşətli bir xəstəlik qarşısında aciz vəziyyətə düşüb. Dünyanın bütün ölkələri qorxu içərisindədir və Azərbaycan da bundan kənarda qalmır.

 

Təbii ki, ölkədə təhlükənin yayılmasına qarşı sərt tədbirlər görülür. Müxtəlif məhdudlaşdırıcı və qadağanedici addımlar atılır. Bu, öz yerində. Lakin məsələ başqadır.

 

AYNA-nın redaksiyasına bir oxucu tərəfindən məktub gəlib. Oxucu yazır ki, müştərisi olduğu "Rabitəbank"ın ofisinə daxil olmaq istəsə də, tibbi maskasız içəri buraxmayıblar.

 

Özümüzü qorumaq lazım olduğunu qəbul edirik, amma banka giriş üçün maskanın şərt olması harada və hansı qanunda yazılıb?

 

Ancaq bu, hamısı deyil. Bakı Nəqliyyat Agentliyinin (BNA) tələbinin də nəyə əsaslanaraq ortaya qoyulduğu bəlli deyil: “Heç kimi maskası olmadan avtobuslara buraxmayın!” Sual veririk: nəyə əsasən verilib bu göstəriş?

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın maskanın məcburi olması barədə heç bir qərarı yoxdur. Ancaq müxtəlif bankların və BNA-nin belə bir təşəbbüsünü anlamaq çətindir.

 

Belə bir yəhudi lətifəsi var: Ölüm mələyi 5 min can almaq üçün Yer üzünə enir. Nəticədə 15 min insan ölür. Bilirsiniz, niyə? Çünki onlar qorxularından ölürlər.

 

Bu gün banklar və avtobuslar özlərini koronavirusdan qorumağa çalışır. Ancaq yadda saxlamaq lazımdır ki, həkimlər hələ də maskanın virusdan qoruyub-qorumadığına dair yekdil qərara gələ bilməyiblər. Və yəhudi lətifəsini xatırlayaq: Buna baxmayaraq, 15 min 5 mindən çoxdur…

 

Fed Bakinskiy

Tarix: 9-04-2020, 21:29
Xəbəri paylaş





Xəbər lenti