Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus məşhur restoran “Paşa Holdinq”in tərkibinə daxil edildi - FOTOLAR

Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus məşhur restoran “Paşa Holdinq”in tərkibinə daxil edildi - FOTOLAR

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Günaydın” restoranı “Paşa Holdinq”in tərkibinə daxil edilib.
Yeniavaz.com
xəbər verir ki, Xətai pr., ev 51 ünvanında yerləşən “Günaydın” restoranı 2012-ci ildən fəaliyyət göstərir. Restoran Türkiyənin eyni adlı restoronlar şəbkəsinin françayzi kimi fəaliyyət göstərib. Bu barədə məlumat Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”in rəsmi veb-saytında da yer alıb.




Məlumat üçün bildirək ki, “Gilan Holdinq”ə Kəmaləddin Heydərovun oğlanları -Tale və Nicat Heydərovların rəhbərlik etdiyi bildirilir. Tale Heydərovun “Linkedin” sosial şəbəkə hesabında onun hal-hazırda “Gilan Holdinq”in İdarə heyətinin sədri olduğu qeyd olunub.


“Günaydın” restoranının adı artıq “Paşa Holdinq”ə məxsus rəsmi veb-sayta da əlavə edilib.

“Paşa Holdinq” ilə eyni hüquqi ünvanda – Neftçilər pr., 153-də qeydiyyatda olan “Bakı Boulevard Gunaydın” MMC-nin  (VÖEN – 1405381901) qanuni təmsilçisi Zafer Zencır eyni zmanda Xətai pr., ev 51 ünvanında qeydiyyatda olan “Bakı Günaydın” MMC-nin (VÖEN – 1502077621) qanuni təmsilçisidir.


Onu da xatıraladaq ki, Xətai pr., ev 51 ünvanında Kəmaləddin Heydərovun prezidenti olduğu Azərbaycan Taekvondo Federasiyası da yerləşir.

A. Cəfərov
Tarix: 8-12-2022, 08:48
Xəbəri paylaş





Xəbər lenti