DTX Naxçıvan MR xəstəxanasında əməliyyatlara başlayıb: Saxlanılanlar var - İLGİNC


DTX Naxçıvan MR xəstəxanasını araşdırmağa başlayıb.

Siam.az bildirir ki, Ovqat.com-un xəstəxanadan aldığı məlumata görə, "üzündən zəhrimar yağan" baş həkim Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nın Naxçıvan Baş İdarəsinə aparılıb.

DTX Naxçıvan MR xəstəxanasında əməliyyatlara başlayıb: Saxlanılanlar var

Saxlanılanların ciddi maliyyə oğurluğunda ittiham edildiyi vurğulanır.

“Xüsusilə Zəbur həkimin vəziyyəti ürəkaçan deyil”, - mənbəmiz bildirib.

Qeyd edək ki, baş həkimin müavini Ramazan Abbasov yayda keçirilən attestasiya imtahanlarından 60 keçid balından cəmi 11 bal toplayaraq mənfi rekord qırmışdı. Həmin imtahanda Ramazan həkimlə yanaşı Baş Həkimin İcbari Tibbi Siğorta və Ekspertiza üzrə müavini Türkan İsmayılova və bu gün saxlanıldığı bildirilən Xəstəxananın Həmkarlar İttifaqının sədri və Qəbul şöbəsinin müdiri Ramidə Bağırova da yetərli bal toplaya bilməyib ələnmişdilər.

Bu həkimlərin diplomlarının da saxta olduğuna dair şayiələr var.
Tarix: 16-12-2022, 15:04
Xəbəri paylaş





Xəbər lenti