Rusiyalı ekspert fəalların aksiyasına cavab olaraq Bakını bombalamağı təklif etdi... - VİDEO

Rusiyalı ekspert fəalların aksiyasına cavab olaraq Bakını bombalamağı təklif etdi... - VİDEO
"Rusiya sülhməramlılarla Azərbaycan ekoloqları arasında toqquşma ehtimalı nə qədərdir?.."
 Ekspert həmçinin Azərbaycanı Rusiya sülhməramlılarına qarşı təxribatda ittiham edib...
 
"Bakının neft sənayesinə raket zərbələri endirməklə  Qərbə neft axmayacaq və qiymətlər artacaq..."
 
"Azərbaycan neftsiz, elektriksiz qalacaqsa, Ermənistanla üzun müddət müharibə edə bilməyəcək..."
 
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi tədqiqatlar Mərkəzinin aparıcı eksperti, siyasi elmlər doktoru Mixail Aleksandrov neft embarqosu və Rusiya neftinin qiyməti üçün son həddin müəyyən edilməsinə cavab olaraq Bakınının neft sahəsini bombalamağı təklif edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "TSN" nəşri məlumat yayıb.
 
"Nəsə etmək lazımdır. Bizim Azərbaycanla təmas müharibəsi etmədən Bakıya zərbələr endirmək imkanımız var. Bakının neft sahəsini bombalamaq, Azərbaycanın enerji sistemini tamamilə məhv etmək lazımdır", - ekspert deyib.
 
O, qeyd edib ki, Qərb bunun nəticəsində çox böyük ziyana düşəcək. 
 
"Əgər biz Bakının neft sahəsini bombalasaq, Qərbə neft axmayacaq, bu da Rusiya neftininin qiymətinə son həddin müəyyən edildiyi şəraitdə qiymət artımına səbəb olacaq", - o, deyib.
 
Rusiyalı ekspet qeyd edib ki, Azərbaycan Rusiya ilə strateji əməkdaşlıq haqqında Bəyannamə imzalayır, özü isə Rusiya sülhməramlılarını təhrik edir.
 
"Biz onlara anlatmalıyıq ki,   Qarabağda döyüşməyəcəyik. Bütün enerji və neft sistemini bombalayacağıq. Azərbaycan neftsiz, elektriksiz qalacaq. Belə şəraitdə Azərbaycan Ermənistanla uzun müddət necə döyüşə bilər?
 
Bizim sülhməramlılar orada silah işlədə bilməz, yalnız onlara birbaşa hücum olarsa, o zaman bu, mümkün ola bilər", - ekspert vurğulayıb.
 
Beləliklə, rusiyalı ekspert Azərbaycanı Rusiya sülhməramlılarına qarşı təxribatda ittiham edərək, Bakının enerji və neft sisteminə raket zərbələri endirməklə bu problemin də həllinə ümid edir.

 
Tarix: 18-12-2022, 09:03
Xəbəri paylaş





Xəbər lenti