"Onlara divan tutan insanabənzər varlıqları ən sərt şəkildə cazalandırmaq lazımdır ki..."


Deputat Zahid Oruc və Qənirə Paşayeva “Tərtər qətliamı”ndan danışıb. Təqdir edirəm. Bu, həm də o deməkdir ki, iqtidar bu məsələni məqsədli şəkildə gündəmə daşıyır.
Heç şübhəsiz ki, biz xalq olaraq “Tərtər işi” ilə bağlı israrlı və qətiyyətli mövqe ortaya qoysaydıq iqtidar daha tez hərəkətə keçməli olardı. 
Hər şeydən öncə “Tərtər işi”nə aydınlıq gətirilməlidir. Bu qanlı cinayəti törədənlər layiq olduğu cəzanı almalıdır. Bunsuz Müdafiə Nazirliyində köklü islahatların həyata keçirilməsi mümkündürmü? Özümüzü aldatmayaq. Əliqanlı qatillərin söz sahibi olduğu nazirlikdə heç bir islahat baş tutmaz...
 
“Tərtər işi”inin miqyası adamı dəhşətə gətirir yüzlərlə zabitə gestapo üsulları ilə işgəncə verilib. 10 nəfərdən çox hərbçi işgəncə nəticəsində qətl edilib...
Təsəvvür edirsizmi, zülmlə öldürülmüş zabitlərin dəfninə belə kimsə gəlməyib ki, onlar vətən xaini olub. Təkcə zabitlər əzabla öldürülməyib, onların ailə üzvləri, yaxın qohumları, bütün çevrəsi tənə ilə üzləşib, alçaldılıb, təhqir edilib...
 
Ən pisi odur ki, Azərbaycanda vəhşi heyvandan daha qəddar olan məxluqlar yaşayır. Zabit şərəfinə xəyanət etmiş bu məxluqların varlığı belə dövlət və millət adına rüsvayçılıqdır...
 
Bütün namuslu adamları “Tərtər işi”nə görə ayaqda olmağa çağırıram. Hərbçilərimizə divan tutan insanabənzər varlıqlar hərbi mundir daşımamalıdır. Onları ən sərt şəkildə cazalandırmaq lazımdır ki, o təfəkkürdə olan yaramazlara da dərs olsun...
 
Elbəyi Həsənli, İsveçrədə yaşayan tanınmış jurnalist
Tarix: 18-12-2022, 23:00
Xəbəri paylaş





Xəbər lenti