Bayrampulunu da “Azərlotereya”ya "QURBAN VERİRLƏR" - “Guya uduş var, Amma heç nə yoxdur”


Mərc oyunlarına artmaqda olan marağı “Misli”, “Topaz” daha da şiddətləndirib. Futbol üzrə dünya çempionatının başlaması ilə indi belə lotereya məntəqələrində sıxlıq müşahidə edilir. Vətəndaşın cibindəki son qəpiyi də ora yatırması üçün şirnikləndirici təkliflərlə hər gün reklam edilən bu mərc oyunlarının uduzanı milyonlarladır. Qazanan isə “Misli”dir, “Topaz”dır, “Poz, qazan”dır…
 
“Misli.az” mərc həvəskarlarını soymaqda davam edir…
 
“Bunların hamısı qumarın növləridir. Hələ eşitməmişik ki, hansısa cəmiyyətdə qumara müsbət baxsınlar.”
 
Bütün demokratik ölkələrdə, o cümlədən inkişaf etmiş aparıcı ölkələrdə bu və digər formada belə oyunlar var.
 
“Sadəcə heç kim kimsəni məcbur etmir ki, getsin lotereyanı alsın.Yetər ki, bunların təbliğat, təşviqatı getməsin.İnsanlara buna çağırış olmasın. Amma rəsmi şəkildə bunun qarşısını almaq nə qədər düzgün olacaq? İnsan var ürəyi istəyir gedir alır, oynayır. Ancaq xaricdən bu oyunların təbliğatının qarşısı alınmalıdır.
 
Loterya cəmiyyətimizə kifayət qədər ziyan vurur. Xaricdə istənilən filmin başlanğıcında reklamlar olur. Guya uduş var. Amma heç nə yoxdur. Yalan, yalan məlumatlar. Bunların qarşısı alınmalıdır.”
Tarix: 22-12-2022, 21:50
Xəbəri paylaş





Xəbər lenti