Yevlaxın icra başçısı Prezidentin siyasətinə zərbə vurur – Anar Tağıyev Şəhidləri iki qurupa bölüb?



Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmiş, Silahlı Qüvvələrin mayoru,hal-hazırda Qarabağ Qazisi Süleymanov Mədəd Vidadi oğlu Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevi şəhid ailəri arasında ayrıseçkilik etməsi ilə bağlı Prezidentə Müraiət edib.
“Dünyanınsəsi” olaraq həmin müraciəti olduğu kimi təqdim edirik:
“HÖTMƏTLİ CƏNAB ALİ BAŞ KOMANDAN MÖHTƏRƏM PREZİDENT,
Tamamilə düzgün və doğru vurğulayırsınız. Hal-hazırda həssəs dediyiniz təbəqə Şəhid ailələri,müharibə əlilləri,müharibə iştirakçıları arasında böyük fərqlər qoyulur sizə qarşı bu həssas təbəqə arasında kin küdurət yaradılır.İcra Hakimiyyətinin rəhbərliyi 1-ci Qarabağ müharibəsində Şəhid olmuş şəxslərin ailələri ilə Vətən müharibəsində Şəhid olmuş şəxslərin ailələri arasında yardımlar zamanı böyük fərqlər yaradaraq Sizə,Vətənə,millətə,xalqa qarşı ruh düşkünlüyü yaradırlar.Sizin heç bir sərəncamlarınızda əmr və göstərişlərinizdə Şəhid ailələri fərqli-fərqli imtiyazlara malik olmadığı halda Yerli İcra Hakimiyyətində fərqlər yaradılır.Belə halın baş verməsi bir vətəndaş kimi mənə mənəvi cəhətdən pis təsir edir və çox düşündürür.
İcra Hakimiyyətinin Rəhbərliyinə qanunsuz və əsassız yardımla əlaqədar rəsmi ərizə ünvanlanmağıma baxmayaraq 45 gündən artıqdır ki, Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin 14 fevral 2001-ci il tarixdə əsasını qoyduğu Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinə və Yevlax rayon nümayəndəliyinə hörmətsizlik edərək hələdə ərizəmə cavab vermirlər.
Cənab Ali Baş Komandan Sizdən xahiş edirəmki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə olunan hörmətsizliyin qarşısının alınmasına köməklik göstərəsiniz.
Necə ola bilər ki,dövlət səviyəli bayramda Vətən müharibəsində Şəhid olmuş şəxslərin ailələrinə yardım olunsun,ancaq 1-Qarabağ döyüşlərində Şəhid olmuş şəxslərin ailələrinə yardım olunmasın.
Özümüzü 1-ci Qarabağ Şəhid ailələrinin yerinə qoysaq nə düşünərik?
Eləcədə sosial durumu yaxşı olmayan yerli əhali incidilməkdə davam edirlər.Məmurlar var ki, gördükləri çirkab işlərdən hərkəsin məlumatı var ancaq elə bilirlərki,heçkim heçnə bilmir.Buna baxmayaraq öz çirkin əməllərini davam etdirirlər.Hətda el arasında bəzilərinin bandit adıda var ki, məsələn “QARA QUTU” deyirlər.
Möhtərəm Prezident əlavə olaraq sizdən xahiş edirəm ki, Naxçıvan şəhərində olduğu kimi digər şəhər və rayonlardada vətəndaşlardan anonim sorğular götürülsün və sizə məruzələr olunsun.
Ümidvarıq ki,sizin sayənizdə belə məxluqlar cəmiyyət arasında olmayacaqlar.

Hörmətlə, Süleymanov Mədəd Vidadi oğlu
Tarix: 30-12-2022, 16:37
Xəbəri paylaş





Xəbər lenti