ŞOK: VTB BANKI XANKƏNDİDƏKİ SEPARATÇILARLA QIZIL MƏDƏNLƏRİNDƏ NƏ BİRLƏŞDİRİR?


Azərbaycan bundan sonra Laçın yolunda yüklərin gediş- gəlişinə məntəqədə nəzarət edəcək.
Tribunainfo.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib. Qeyd edib ki, separatçılar bundan sonra məlum yol vasitəsilə qanunsuz nəsə daşıya bilməyəcəklər:
“Qızılyatağdan 1 kq qızıl belə ermənilər çıxara bilməyəcəklər. Ekspluatasiya ilə bizim hökumətin müqavilə bağladığı şirkət məşqul olacaq. Şərtlərimizi qəbul edən işçi ermənilər işlərinə davam edə bilərlər.
Qızılyatağında VTB bankla qanunsuz müqavilə nəticəsində İsveçrədə qeydiyyata alınan şirkətin rus bankına 300 milyon dollar borcu 2019- cu ildən yaranmışdı. Ermənilər faktiki olaraq pulu ödəməkdən imtina etmişdilər”.
Tribunainfo.az
Tarix: 30-12-2022, 16:39
Xəbəri paylaş





Xəbər lenti