Azərbaycan bu terrora ŞOK CAVAB verəcək - FOTO


 \
Xəbər verdiyimiz kimi, erməni separatçıları keçmiş Ağdərə rayonu ərazisində olan Sərsəng su anbarından da ölkəmizin əhalisinə qarşı məkrli niyyətlə istifadə edirlər. Sosial şəbəkələrdə yayılan fotolardan görünür ki, Tərtər rayonu ərazisindəki Suqovuşan dəryaçasında su ehtiyatları kəskin şəkildə azalıb. 

Azərbaycanın bu duruma cavabı nə olacaq?
Politoloq Əziz Əlibəyli Musavat.com-a bildirib ki, Azərbaycanın su təsərrüfatının idarə olunmasında dövlət siyasəti var:

"Ölkədə şirin su ilə bağlı vəziyyət faciəvi həddədir. Azərbaycanın şirin su ehtiyatlarının 70 faizi qonşu ölkələrin hesabına formalaşır. Cənubi Qafqazda şirin su ehtiyatlarının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın payına düşür. Azərbaycanın dağ çayları ilə zəngin olan bölgəsinin uzun müddət işğal altında qalması kənd təsərrüfatına ağır zərbə vurub. Azərbaycan bir vaxtlar tərkibində olduğu keçmiş SSRİ ilə çaylardan bərabərhüquqlu və birgə istifadə üzrə müxtəlif layihələr, transsərhəd çayların ləğvi ilə bağlı müqavilələr imzalayıb. Bunlar xaricdən formalaşan daxili su ehtiyatları ilə bağlı qanunverciliyə ciddi şəkildə aydınlıq gətirir. Bərbad yanaşma odur ki, biz hazırda bunları müzakirə etmirik axı. Azərbaycanın öz ərazi vahidinə aid olan bölgədən söhbət gedir. Hansı ki, burada Azərbaycan Respublikası üçün risk var. Azərbaycan su ehtiyatlarından məqsədyönlü istifadə imkanlarını inkişaf etdirməyə məcburdur. 2-ci Qarabağ müharibəsindən sonra Sərsəngdən ora su axını Suqovuşan su anbarı və o bölgənin təxminən 6-7 rayonunun suvarma təsərrüfatının tam təchiz olunması üçün nəzərdə tutulurdu. Arxasınca sudan məqsədyönlü istifadə üçün infrastrukturun formalaşdırılmasına, təkmilləşdirilməsinə başlanmalı idi. Biz su hövzəsinin müdafiəsi ilə bağlı iqlim dəyişikliklərinə uyğunlaşmaq siyasətini də tətbiq edə bilmirik. Təsəvvür edin ki, bölgədə müəyyən kəsimdə separatçılar var. Ötən ilin avqustunda Azərbaycanın su təsərrüfatı işçiləri ilə bölgədəki Azərbaycan vətəndaşı olan ermənilərin bir qrupu arasında müəyyən razılaşma da var idi.
Su ekosisteminin qorunması ölkənin suveren hüquqları içərisində yer alır. 2016-cı ildə Avropa Şurasında Azərbaycana yönəlik qəbul edilmiş qətnamədə də göstərilib ki, ermənilər Azərbaycanın ekosisteminə ciddi şəkildə zərər vurublar. 2020-ci ilə qədər vəziyyət belə idi. Həmin ildən sonra isə Azərbaycanın daxili su hövzələri oldu və Qarabağın azad edilməsi bizə imkan verməlidir ki, su təchizatı sahəsində dövlət siyasətinə yenidən baxaq. Ətraf mühit göstəricilərinin yaxşılaşdırılması, ölkə əhalisinin rifah səviyyəsinin yüksəldilməsi, tullantısız texnologiyalarla istehsalın təşkili, stimullaşdırılması, gələcək nəsillər üçün ekosistemin davamlı inkişafın təmin olunması məsələsi Azərbaycan dövlət siyasətinin birbaşa borcudur. Bu istiqamətdə böyük qanun dairəsi və dövlətin milli proqramları var. Ermənilərin hazırda ekosistemin qarşısını almaları, ona mane olmaları, Sərsəng su anbarı üzərindən ekoterrora rəvac vermələri həm Azərbaycanın suveren hüququnun pozulmasıdır, həm də qeyd etdiyim qanunlar silsiləsinin işləməməsidir. Bu su terrorçuları, ekoterrorçular Laçın yolunda etiraz aksiyası keçirən ekoloqların haqlı tələblərini isbat etmiş oldular. Bu, separatizmdir.
Azərbaycan nəticələrin aradan qaldırılmasına yönəlik hərbi əməliyyatlar, antiterror əməliyyatları keçirməli, Sərsəngə yönəlik terror və cinayətlərə qarşı uyğun addımlar atmalıdır. Bu, artıq antiterror əməliyyatları çərçivəsində hərbi addımların zərurətini yaradır".
Tarix: 4-01-2023, 21:21
Xəbəri paylaş





Xəbər lenti