MEDİA agentliyi mətbuatın gözünü NECƏ ÇIXARIR... - BUNUN BAŞQA ADI YOXDUR...

MEDİA agentliyi mətbuatın gözünü NECƏ ÇIXARIR...
Media İnkişaf Agentliyinin islahatları "qaş düzəltmək əvəzinə göz çıxartmaq" prinsipinə əsaslanır. Həyata keçirilən "islahatlar" medianı irəliyə yox, geriyə götürməkdədir. Çatışmazlıqları sadalasaq xeyli vaxt alar. Artıq "Media haqqında" qanunun tətbiqi mediadakı məhdudiyyətlətini özünün qabarıq formada biruzə verməkdədir. Məhdudiyyətlərə nəzər salamaq üçün Media Reysteri mexanizminin tətbiqinə nəzər yetirmək kifayətdir. Media Reysterini media işçiləri arasında ciddi diskriminasiyaya yaradır və problem özünü qabarıq formada göstərir.
Bu günkü reallıqda Azərbaycanda əsasən onlayn media fəaliyyət göstərir və onların da əsas aparıcı işçiləri "admin" dediyimiz inzibatçılardır. Hələ mən digər texniki işçiləri, montajçıları, bakalavr təhsili olmayan, kollec təhsili işçisi olan jurnalistləri demirəm. 10-20 il texnikum, kollec təhsili ilə mediada uğurlu fəaliyyət göstərən xeyli sayda jurnalistlər olsa da, onlar Media Reysterindən kənarda qalırlar. Hesab edirəm ki, "Media haqqında "qanuna dəyişiklik edilməli və bu diskriminasiyalar medianın fəaliyyətinə məhuddiyyət yaradan amillər aradan qaldırılmalıdır.
Hələ mən media orqanlarının Media Agentliyi tərəfindən maliyyələşdiirlməsini demirəm...

Mürtəza BÜNYADLI - DİA.AZ
Tarix: 5-01-2023, 21:03
Xəbəri paylaş





Xəbər lenti