İrəvanın son müqaviməti də qırıldı - NƏ BAŞ VERİR?

İrəvanın son müqaviməti də qırıldı
Ermənistan Laçın-Xankəndi yolu ilə bağlı siyasi mübarizədə də Azərbaycana məğlub oldu.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuata açıqlamasında bildirib ki, İrəvan Azərbaycanla Laçın yolunun iş rejimi ilə bağlı danışıqlar aparmaq fikrində deyil.

“Laçınla bağlı danışıqlar aparılıb, razılıq əldə olunub, bu razılaşamalar və hesablaşmalar 9 noyabr 2022-ci il tarixli üçtərəfli Bəyanatda öz əksini tapıb. Ermənistan Laçın dəhlizi rejiminin yeni nizamlanması üzrə danışıqlara getmir və getməyəcək də", - deyə Mirzoyan bildirib.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı politoloq İlyas Hüseynov Cebhe.info-ya şərhində qeyd edib ki, Azərbaycanın son zamanlar atdığı zəruri və lazımi addımlar Ermənistanı Laçın-Xankəndi yolu ilə bağlı mövqeyindən geri çəkməyə məcbur edib:

“Hazırda Azərbaycan öz suveren və milli maraqları çərçivəsində addımlar atır. Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində görülən ən vacib tədbirdir. Eyni zamanda bu siyasət ölkəmizin Qarabağ iqtisadi zonasında məskunlaşan ermənilərin reinteqrasiya prosesinin başlanılmasına təkan verəcək. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın son açıqlaması onu deməyə əsas verir ki, Azərbaycan artıq Qarabağ və Zəngəzurla bağlı siyasi gündəliyini müəyyənləşdirib. Bütün dünya ictimaiyyəti bilir ki, Azərbaycan öz haqlı hədəflərini icra edir. Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqisinin qurulması üçtərəfli 10 noyabr Bəyanatına tam uyğundur. Laçın yolunda nəzarət-buraxılış məntəqisi ilə bərabər gömrük postunun da əsası qoyulub. Gömrüyün fəaliyyətə başlaması bu yolda gediş-gəliş üzərində ciddi nəzarətin təminatına zəmin yaradacaq”.

Politoloq bildirib ki, Ermənistanın arxasında duran qüvvələr Azərbaycanın uğurlu addımlarının qarşısını ala biləyəcəklər:

“Ermənistana havadarlıq edən siyasi qüvvələr Azərbaycana qarşı riyakar niyyətlərinə nail ola bilməyiblər, bundan sonra da olmayacaklar. Qarşıdakı dövrlərdə də ölkəmiz əlehinə istənilən təzyiqlər və təhdidlər heç bir nəticə verməyəcək. Diplomatik masada olduğu kimi hərbi-siyai manevrlərdə də Azərbaycanın nailiyyətləri davam edəcək”.
Tarix: 28-04-2023, 22:40
Xəbəri paylaş





Xəbər lenti