Rusların kartof üzərindən götürdükləri İSMARIC - NƏ BAŞ VERİR?

Rusların kartof üzərindən götürdükləri İSMARIC


RUSLARDAN YENİ MESAJ...

Rusiya sülhməramlıları Qarabağdakı ermənilərə 130 ton humanitar yardım aparıb. Yardım kartofdan ibarətdir. Özlüyündə adi bir xəbər ola bilər. Ancaq bir əmma var.

Belə ki, Qarabağdakı "erməni əsilli vətəndaşlarımıza" Rusiya sülhməramlıları kontingentinin apardığı yardım paketlərinin üzərinə "#МыЕдины" cümləsi yapışdırılıb. Bunu doğru oxumaq lazımdır. Tərcüməsi "biz birik", "biz eyniyik", "biz-siz, siz-bizsiniz" şəklində olan bu cümlə ilə Kreml dəyəsən rəsmi Bakıya yeni mesaj ötürür.

Bununla da, ruslar Qarabağın ermənilər yaşayan bir hissəsini, əslində, özününkü hesab etdiyini, buradan çıxmayacağını, gərəkərsə hərbi-siyasi mərəkə qoparacağını, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini şübhə altına aldığını gur səslə bağırır.

Biz başdan demişik: Azərbaycanın suveren ərazilərinə soxulan hər hansısa sülhməramlı deyil, Rostovdan göndərilən xüsusi döyüş qabiliyyəti olan desant batalyonudur, işğalçı ordudur. Hazırda Qarabağın bir hissəsi rus-erməni hərbi birliklərinin işğalı altındadır, azad olunacağı günü gözləyir.

Mirzə Rəşad Bakuvi - siyasi ekspert
Tarix: 7-05-2023, 22:54
Xəbəri paylaş





Xəbər lenti