Rayon rəhbəri Ümummilli liderin 100 illik yubileyi münasibəti ilə təşkilat komitəsinin üzvlərinə müvafiq tapşırıq və tövsiyələr verib


Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli  2023-
cü ilin “Heydər Əliyev ili” elan olunması və 28 noyabr 2022-ci il  tarixli “Azərbaycan 
Respublikasında 2023-cü ilin  “Heydər Əliyev İli” elan edilməsi ilə  bağlı Tədbirlər 
Planı”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamların icrasını təmin etmək üçün 
Tərtər  Rayon İcra Hakimiyyətinin başçısı  tərəfindən 10  yanvar 2023-cü il tarixdə il 
ərzində keçiriləcək tədbirlərin təqvim planı təsdiq edilib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yubiley tədbirlərinin 
keçirilməsi üçün yaradılmış təşkilat komitəsinin üzvləri ilə birlikdə rayon icra 
hakimiyyətinin təqvim planında nəzərdə tutulmuş, keçirilmiş tədbirləri müzakirə etmiş, 
keçiriləcək tədbirlər ilə bağlı təşkilat komitəsinin üzvlərinə müvafiq tapşırıq və tövsiyələr 
vermişdir. 
Tarix: 10-05-2023, 10:00
Xəbəri paylaş





Xəbər lenti