Tərtər sakinləri Heydər Əliyevi YAD EDİR - FOTO

Tərtər sakinləri Heydər Əliyevi YAD EDİR
May ayının 10-da respublikamızın hər yerində olduğu kimi xalqımızın
Ümummilli lideri Heydər Əliyevin 100 illik yubleyi Tərtər rayonunda da qeyd
olunub. Bu barədə SİAM.AZ-a yerli RİH-dən xəbər verilib.
Minlərlə tərtərli Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə
ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi
rəhbərə öz hörmət və ehtiramını, ümumxalq məhəbbətini nümayiş
etdiriblər.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,
Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının
rəhbərləri, rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq
–mühafizə orqanlarının kollektivləri, şəhid ailələri və qazilər, Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin rayon ərazisində yerləşən N saylı hərbi
hissələrinin zabit və əsgərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayonda
fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların kollektivləri, kütləvi
informasiya vasitələrinin və ictimai birliklərin nümayəndələri iştirak ediblər.

Tərtər sakinləri Heydər Əliyevi YAD EDİR
Tərtər sakinləri Heydər Əliyevi YAD EDİR
Tərtər sakinləri Heydər Əliyevi YAD EDİR
Tərtər sakinləri Heydər Əliyevi YAD EDİR

Tarix: 10-05-2023, 12:43
Xəbəri paylaş





Xəbər lenti