General Lentsovla yenidən görüşən Petrosyan Rusiyanın siyasi rəhbərliyi ilə görüş tələb etdi...

General Lentsovla yenidən görüşən Petrosyan Rusiyanın siyasi rəhbərliyi ilə görüş tələb etdi...
Ermənistan lideri gedib Azərbaycanla başqa müqavilə imzalamağa çalışmaq əvəzinə, 10 noyabr sənədinin bəndlərinin yerinə yetirilməsini tələb etməlidir.

Siam.az moderator.az-a istinadla xəbər verir ki, bu fikri Azərbaycan torpağındakı separatçı-terrorçu rejimin başçısı yanında qondarma “anti-böhran şurası”nın rəhbəri Tiqran Petrosyan öz “Facebook” səhifəsində ifraz edib.

“Bütün bunların məntiqsizliyini Ermənistan sərhədindəki vəziyyət ikiqat artırır. Qiymət vermək istəmirəm, amma bu vəziyyətdən çıxmaq üçün özümüz addımlar atmalıyıq. Bununla əlaqədar ötən gün( mayın 13-də-S.L.) anti-böhran Şurasının üzvləri vəziyyəti müzakirə etmək üçün yenidən Rusiya sülhməramlılarının komandanlığı ilə görüşüblər. Lentsov da öz növbəsində təsdiqləyib ki, onun siyasi məsələləri müzakirə etmək səlahiyyəti yoxdur və bu cür məsələləri başqa sahədə müzakirə etmək düzgün olardı.

Bununla əlaqədar olaraq antiböhran şurası Rusiyanın dövlət və siyasi sferasının nümayəndələri ilə görüş təşkil etmək, bu böhrandan çıxış yollarını müzakirə etmək və həll yollarını tapmaq üçün addımlar atır.

Artsax siyasi obyektdən siyasi subyektə çevrilməlidir”- deyə Petrosyan çərənləyib.
Tarix: 15-05-2023, 09:51
Xəbəri paylaş





Xəbər lenti