“Heydər Əliyev İli -2023”: Tərtərdə Ümummilli Liderin abidəsi önündə “Heydər Əliyev 100” adlı fləşmob təşkil olunub



Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 
Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli 
Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə 
dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər 
davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Sektorunun, Gənclər və İdman İdarəsinin 
və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə  Mərkəzi Meydanda Ulu Öndər Heydər 
Əliyevin  abidəsi önündə Ümummilli lider Heydər Əliyevin 100 illik yubleyinə həsr 
olunmuş fləşmob  təşkil  olunub.
Fləşmobun təşkil olunmasında rayonun ümumtəhsil məktəblərinin 600 nəfər 
şagirdi iştirak edib. 
Məktəblilər fləşmobda  “Heydər Əliyev 100” yazısını nümayiş etdiriblər.

Tarix: 18-05-2023, 09:14
Xəbəri paylaş





Xəbər lenti