SON DƏQİQƏ! ABŞ böyük riskə girdi - Rusiyadan DƏHŞƏTLİ XƏBƏRDARLIQ


 
Rusiya ABŞ-ın ukraynalı pilotlara F16 da daxil olmaqla dördüncü nəsil döyüş təyyarələrində təlim keçmək üçün birgə səyləri dəstəkləmək qərarına reaksiya verib.
Musavat.com xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko Qərb ölkələrinin Ukraynaya F-16 qırıcıları tədarük edəcəyi təqdirdə böyük riskə girəcəklərinə diqqət çəkib.
“Qərb ölkələrinin hələ də gərginliyi artıracaq ssenarilərə əməl etdiyini görürük. Bu, onlar üçün böyük risklər daşıyır. Biz bunu həmişə planlarımızda nəzərə alacağıq. Məqsədlərimizə çatmaq üçün bütün lazımi vasitələrə sahibik”, - deyə, o bildirib.
Qeyd edək ki, ABŞ administrasiyası Qərb müttəfiqlərinə Amerika istehsalı olan F-16 təyyarələri də daxil olmaqla qabaqcıl döyüş təyyarələrinin Ukraynaya tədarük edilməsinə icazə verəcəyini açıqlayıb.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın sözlərinə görə, prezident Co Bayden cümə günü Yaponiyada keçirilən sammitdə qərarla bağlı “G7-dəki tərəfdaşlarını məlumatlandırıb”. 
Sallivan, həmçinin qeyd edib ki, ABŞ əsgərləri ukraynalı pilotlara reaktiv təyyarələrdən istifadə etməyi öyrədəcək.
Tarix: 21-05-2023, 11:19
Xəbəri paylaş





Xəbər lenti